
Azərbaycanlı investorlar nəyə pul qoyur?
Son illər Azərbaycanın qiymətli kağızlar, o cümlədən istiqraz bazarında aktivlik müşahidə edilir. Xüsusilə bank olmayan kredit təşkilatları aktiv şəkildə istiqraz buraxaraq vəsait cəlb edirlər. Bəs bu istiqrazlara maraq nə dərəcədə yüksəkdir? Ümumiyyətlə, azərbaycanlı investorlar nəyə pul qoyur? "Report" bu məsələləri kapital bazarı üzrə ekspertlərlə müzakirə edib.










