
Oktyabrda bağça müdirlərinin işə qəbulu müsabiqəsi keçiriləcək
“Bağça müdirlərinin işə qəbulu müsabiqəsinin oktyabr ayında keçirilməsi planlaşdırılır”. “Report” xəbər verir ki, bunu Elm və Təhsil Nazrliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.










