
Əhalinin banklardakı əmanətləri 10,8 milyard manatı keçib
Əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 25,7 faiz artaraq 2022-ci il avqust ayının 1-nə milli valyuta ekvivalentində 10,817,1 milyard manat təşkil edib.
3082 xəbər tapıldı

Əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 25,7 faiz artaraq 2022-ci il avqust ayının 1-nə milli valyuta ekvivalentində 10,817,1 milyard manat təşkil edib.

“Sosial media istifadəçiləri arasında aktiv hərbi əməliyyatlar zamanı yaralanmış hərbi qulluqçular üçün təcili qan lazım olduğu ilə bağlı məlumatlarla rastlaşırıq. Bu kimi məlumatların əsassız olduğunu vurğulayırıq”. “Qafqazinfo” xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Azərbaycanın bütün ümumi təhsil müəssisələrində sabah – sentyabrın 15-də Bilik Günü ilə bağlı nəzərdə tutulan təntənəli tədbirlər ləğv olunub. “Qafqazinfo” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC “Onlayn Azərbaycan” layihəsi çərçivəsində telekommunikasiya infrastrukturunun yenilənməsi və müasir beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində işləri davam etdirir.

Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq yayıb. “Qafqazinfo” xəbər verir ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 14-ü gündüzdən 15-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.

Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev sentyabrın 16-da Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində ikitərəfli görüş keçirəcəklər.

Sentyabrın 13-ü saat 16:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsin elan olunmasına baxmayaraq Azərbaycan-Ermənistan sərhədinin Qarakilsə rayonunun Vağudi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini artilleriya qurğularından istifadə edərək atəşə tutub.

"Türkiyə həmişə olduğu kimi, bu gün də Azərbaycanın yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar sentyabrın 13-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə telefon danışığı zamanı deyib.

Azərbaycan Ordusu ölkəmizin sərhədlərində və hərbi hissələrimizin mövqeyinə təhdid və təhlükə yarada biləcək bütün strateji nöqtələri nəzarətə götürüb. APA xəbər verir ki, Azərbaycan Ordusunun Ermənistan ərazisinə müdaxilə etmək, burada nə isə ildə etmək məqsədi olmayıb, onun qarşısında belə bir vəzifə də qoyulmayıb.

“Ermənistan tərəfindən 49 hərbçi ölüb”. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı açıqlayıb. Onun sözlərinə görə, bu, hələ son rəqəm deyil.

"Ermənistan ordusunun dünənki növbəti təxribatından sonra Azərbaycan Silahlı Qüvvələrinin ildırımsürətli cavab tədbirləri nəticəsində Laçın və Kəlbəcər istiqamətlərində düşmənin xeyli canlı qüvvəsi zərərsizləşdirilib".