PRESS REVIEW — PRA.AZ

Xəbərlər

3012 xəbər tapıldı

Qubad İbadoğluna bu maddə ilə ittiham verildi
Xəbər

Qubad İbadoğluna bu maddə ilə ittiham verildi

Xəbər verdiyimiz kimi, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu saxlanılıb. “Qafqazinfo”nun məlumatına görə, partiya sədri ilkin olaraq Cinayət Məcəlləsinin 204.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Taksilərin qiyməti bahalaşdı
Xəbər

Taksilərin qiyməti bahalaşdı

Bu gündən Azərbaycanda bəzi taksi şirkətləri qısa məsafələr üçün gedişhaqqı qiymətlərini qaldırıb. “Qafqazinfo” xəbər verir ki, “Uber”, “Bolt” və “Yango” şirkətlərində yaxın məsafələrə gedişlər üçün minimal məbləğ 2,50 AZN olub. Qeyd edək ki, əvvəllər bu məbləğ 1- 1,60 AZN aralığında dəyişirdi.

Bakıda kirayə mənzillərin qiyməti bahalaşacaq - Bu tarixdən
Cəmiyyət

Bakıda kirayə mənzillərin qiyməti bahalaşacaq - Bu tarixdən

Əmlak bazarında mövsümə uyğun dəyişikliklər olur. Hər il may ayının sonundan başlayaraq avqustun axırına qədər Bakıda kirayə mənzil bazarında durğunluq yaranır. bu barədə "Trend"ə əmlak məsəslələri üzrə ekspert Elnur Fərzəliyev deyib.

Putin həbs olunmamaq üçün sammitə getmir?
Xəbər

Putin həbs olunmamaq üçün sammitə getmir?

Rusiya Prezidenti Vladimir Putin Cənubi Afrikada keçiriləcək BRİKS sammitinə getməyəcək. “Qafqazinfo” Lenta.ru nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin Dəftərxanası məlumat verib. Bildirilib ki, sammitdə Putini Rusiya xarici işlər naziri Sergey Lavrov təmsil edəcək.

İsti havalarla bağlı Ümumdünya Meteorologiya Təşkilatından açıqlama
Xəbər

İsti havalarla bağlı Ümumdünya Meteorologiya Təşkilatından açıqlama

Dünyada rekord isti hava müşahidə olunur. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) məlumat yayıb. Bildirilib ki, Şimali Amerikada, Asiyanın bəzi hissələrində, eləcə də Afrikanın şimalında və Aralıq dənizində eyni vaxtda isti hava müşahidə edilib. Temperatur bir neçə gün ərzində 40 dərəcə selsidən yuxarı qalxıb.

Müdafiə Nazirliyi məlumat yaydı
Xəbər

Müdafiə Nazirliyi məlumat yaydı

İyulun 18-i saat 21:15 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Rusiya “Taxıl sazişi”ni dayandırdı - Çörəyin qiyməti arta bilərmi?
Xəbər

Rusiya “Taxıl sazişi”ni dayandırdı - Çörəyin qiyməti arta bilərmi?

Rusiyanın “Qara dəniz razılaşmaları faktiki olaraq qüvvədən düşüb” açıqlaması taxılın dünya bazar qiymətini 3 faizdən çox bahalaşdırıb. İnvestorlar yenidən taxıl qıtlığının olacağından ehtiyatlanırlar. Bununla belə, hələlik taxıl qıtlığı üçün ciddi iqtisadi əsaslar yoxdur. Qlobal taxıl anbarlarında məhsul çoxluğu müşahidə edilir.

Bunu etsəniz, 300 manat cərimələnəcəksiniz
Xəbər

Bunu etsəniz, 300 manat cərimələnəcəksiniz

Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edib inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə cərimələr 50% artırılıb.

Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırılıb
Xəbər

Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırılıb

İyulun 14-də Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə Respublika fənn olimpiadalarında yüksək nəticələr göstərən şagirdlərə diplom və mükafatlar təqdim olunub.  Bildirilib ki, 8 fənn üzrə təşkil edilən olimpiadalarda 84 qızıl, 166 gümüş, 248 bürünc olmaqla ümumilikdə 498 medal qazanılıb.