PRESS REVIEW — PRA.AZ

Xəbərlər

3012 xəbər tapıldı

Bayden Rusiya ilə bağlı gizli əmr verdi
Dünya

Bayden Rusiya ilə bağlı gizli əmr verdi

ABŞ Prezidenti Co Bayden rusiyalı hərbçilərin Ukraynada törətdiyi hərbi cinayətlərə dair sübutların Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə verilməsini gizli şəkildə əmr edib. Bu barədə məlumatlı mənbələrdən informasiya daxil olub.

BNA-da hansı korrupsiya əməlləri törədilib?
Xəbər

BNA-da hansı korrupsiya əməlləri törədilib?

Xəbər verdiyimiz kimi, dünən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Bakı Nəqliyyat Agentliyində (BNA) əməliyyat keçirib. “Qafqazinfo” xəbər verir ki, əməliyyatın konkret səbəbi, kimlərin məsuliyyətə cəlb edilməsi hələlik məlum olmasa da, cəmiyyətdə Bakı Nəqliyyat Agentliyindəki qanun pozuntuları ilə bağlı çoxsaylı fikir və iddialar səsləndirilir.

Sabahdan avtomobillərin parklanmasına görə ödənişlər qüvvəyə minir
Xəbər

Sabahdan avtomobillərin parklanmasına görə ödənişlər qüvvəyə minir

Sabahdan Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli qərarı ilə təsdiqlənən “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği” qüvvəyə minir. İmzalandığı gündən 30 gün sonra – iyulun 26-da qüvvəyə minən qərara əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmayacaq.

Azərbaycanda əhalinin banklardakı əmanətləri rekord həddə çatıb
Iqtisadiyyat

Azərbaycanda əhalinin banklardakı əmanətləri rekord həddə çatıb

Azərbaycanda əhalinin banklardakı əmanətləri tarixini rekordunu yeniləyib. Bu il iyul ayının 1-nə depozitlərin həcmi 12 milyard 748.8 milyon manata çatıb. "APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu rəqəm iyunun 1-nə olan göstəricidən 2,8% çoxdur. Əhalinin banklardakı vəsaitləri ötən ilin eyni dövrü ilə müqayisədə 19%, ilin əvvəli ilə müqayisədə 8,5% artıb.

Azərbaycanda 6 ayda dövlət xəttilə 244 milyon manat ipoteka krediti verilib
Xəbər

Azərbaycanda 6 ayda dövlət xəttilə 244 milyon manat ipoteka krediti verilib

Bu ilin yanvar-iyun aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 243,6 milyon manat kredit verilib. “Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən illin eyni dövrü ilə müqayisədə 12,3 % çoxdur. Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 12,5 % artaraq 211,8 milyon manat olub.

Azərbaycan rus turistlər üçün ən populyar ölkələr sırasındadır
Xəbər

Azərbaycan rus turistlər üçün ən populyar ölkələr sırasındadır

“Bu yay rus turistlər arasında ən populyar ölkələr Azərbaycan, Türkiyə, Özbəkistan və Tacikistan olub”. “Report” “RBK”-ya istinadən xəbər verir ki, bu barədə məlumat "OZON Travel" və Renessans Sığorta Qrupunun keçirdiyi sorğunun nəticələri zamanı üzə çıxıb. Sorğu zamanı bəlli olub ki, rusların 53 faizinin səyahət üçün ən çox ehtiyat etdikləri ölkə Birləşmiş Ştatlardır.