PRESS REVIEW — PRA.AZ

Xəbərlər

3012 xəbər tapıldı

Sabah Brüsseldə Azərbaycan, Ermənistan və Aİ Şurasının liderləri görüşəcək
Xəbər

Sabah Brüsseldə Azərbaycan, Ermənistan və Aİ Şurasının liderləri görüşəcək

İyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişel arasında görüş keçiriləcək. Bu barədə Avropa İttifaqı Şurasının Mətbuat xidməti məlumat yayıb. Ş.Mişelin İ.Əliyev və N.Paşinyanla görüşünün yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə 15:00-da) başlayacağı planlaşdırılır.

Sənədsiz evlərdə yaşayanların DİQQƏTİNƏ!
Xəbər

Sənədsiz evlərdə yaşayanların DİQQƏTİNƏ!

Uzun illərdir, ölkəmizdə sənədsiz evlərlə bağlı müzakirələr getsə də, təəssüf ki, ortada nəticə yoxdur. Sənədsiz evlər problemi bugünədək hələ də öz həllini tapmayıb. Hesablamalara görə, hazırda paytaxt ərazisində sənədsiz evlərin sayı 450-600 min arasındadır.

Məşhur içkilərin tərkibindəki bu maddə xərçəng yarada bilər - ÜST
Xəbər

Məşhur içkilərin tərkibindəki bu maddə xərçəng yarada bilər - ÜST

Populyar şirinləşdirici maddə aspartam kanserogen (xərçəng yaradan) effektə malik ola bilər, lakin sutkalıq istifadəsi insan çəkisinin hər 1 kiloqramına 40 mq nisbətində məqbuldur. “Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (BXAA) birgə məlumat yayıb.

Bu ailələr 435 manat müavinət alacaq
Cəmiyyət

Bu ailələr 435 manat müavinət alacaq

“Qafqazinfo”nun məlumatına görə, himayədar ailəyə verilmiş uşağa görə müavinətlər aşağıdakı kimi olacaq: - 0-6 yaş arası uşağa görə - 355 manat, 7-13 yaş arası uşağa görə - 375 manat, 14-18 yaş arası uşağa görə - 395 manat;

Azərbaycanda inflyasiya - AÇIQLANDI
Iqtisadiyyat

Azərbaycanda inflyasiya - AÇIQLANDI

2023-cü ilin yanvar-iyun aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2022-ci ilin yanvar-iyun aylarına nisbətən 12,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 15,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 11,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,5 faiz artıb.

Azərbaycanda ən çox maaşı bu sahədə çalışanlar alır – MƏBLƏĞ
Cəmiyyət

Azərbaycanda ən çox maaşı bu sahədə çalışanlar alır – MƏBLƏĞ

2023-cü ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,1 faiz artaraq 916,8 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Taksi xidməti bahalaşıb - Komitə təsdiqlədi
Xəbər

Taksi xidməti bahalaşıb - Komitə təsdiqlədi

2023-cü ilin yanvar-iyun aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-iyun aylarına nisbətən 112,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 115,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 111,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,5 faiz təşkil edib.

Bu idmançılara mükafat veriləcək - 900 000 manat ayrıldı
Rəsmi

Bu idmançılara mükafat veriləcək - 900 000 manat ayrıldı

Prezident İlham Əliyev Polşanın Krakov şəhərində keçirilən III Avropa Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikası idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması haqqında Sərəncam imzalayıb.