
İnvestisiya fondu BP-də iştirak payı alıb
“Elliott Management” hedc fondu (investisiya fondu – red.) Böyük Britaniyanın BP şirkətində iştirak payı alıb və onun dəyərini artırmaq üçün neft-qaz şirkətində dəyişikliklərə təkan vermək niyyətindədir. FED.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən “The Wall Street Journal” yazır.










