PRESS REVIEW — PRA.AZ

Xəbərlər

3011 xəbər tapıldı

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 3 %-dən çox artıb
Iqtisadiyyat

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 3 %-dən çox artıb

Bu il dekabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 10 milyard 967,8 milyon ABŞ dolları təşkil edib. “Report” quruma istinadən xəbər verir ki, bu, noyabrın 1-i ilə müqayisədə 3,6 % azdır. AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 5,6 % azalıb, son 1 ildə isə 3,3 % artıb.

Gələnilki artımlar kimləri əhatə edəcək?
Iqtisadiyyat

Gələnilki artımlar kimləri əhatə edəcək?

Noyabrın 18-dən Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlanılıb. Müzakirəyə çıxarılan sənədlərdən, həmçinin Hesablama Palatasının müvafiq layihələrlə bağlı rəylərindən gələn il üçün nəzərdə tutulmuş sosial paketin miqyası məlum olur.

Türkiyənin 24 əyalətində tətil elan olunub
Xəbər

Türkiyənin 24 əyalətində tətil elan olunub

Türkiyənin 24 əyalətində güclü qar yağması səbəbindən məktəblər, liseylər, təlim kursları, xüsusi təhsil müəssisələri və reabilitasiya mərkəzlərində tədris birgünlük dayandırılıb.

“20 min müəllimin sertifikatlaşdırmaya cəlbi nəzərdə tutulub”
Xəbər

“20 min müəllimin sertifikatlaşdırmaya cəlbi nəzərdə tutulub”

“Şagirdlərin kompüterləşməsinə 40 milyon manat vəsait ayrılması proqnozlaşdırılır”. “Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.

“Ana və körpə ölümləri artıb”
Cəmiyyət

“Ana və körpə ölümləri artıb”

“Ana və körpə ölümlərinin, abortların sayının artmasını müşahidə edirik”. “Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.

“Bir uşağın illik məktəbəqədər təhsil xərci 4200 manatdır”
Xəbər

“Bir uşağın illik məktəbəqədər təhsil xərci 4200 manatdır”

“Bir uşağın illik məktəbəqədər təhsil xərci 4200 manata başa gəlir”. “Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.

Minimum əməkhaqqı artırıldı
Xəbər

Minimum əməkhaqqı artırıldı

Gələn il Azərbaycanda minimum əməkhaqqı 400 manat olacaq. APA-nın xəbərinə görə, bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb. Bu, 2024-cü illə müqayisədə 55 manat, yaxud 15,9 faiz çoxdur. 2024-cü ildə minimum əməkhaqqı 345 manat olub.

Alimlər depressiyanın müalicəsi üçün yeni üsul tapıb
Xəbər

Alimlər depressiyanın müalicəsi üçün yeni üsul tapıb

Kaliforniya Texnologiya İnstitutunun alimləri müəyyən ediblər ki, 5-HT7 reseptorunun aktivləşdirilməsi siçanlarda mövsümi depressiya simptomlarını azaldır. BAKU.WS-in məlumatına görə, araşdırmanın nəticələri "Nature Neuroscience" jurnalında dərc olunub.

Meymunçiçəyi virusu yayılır: Azərbaycanda vəziyyət necədir?
Cəmiyyət

Meymunçiçəyi virusu yayılır: Azərbaycanda vəziyyət necədir?

Meymunçiçəyi virusu yeni ştamı ilə yenidən gündəmə gəlib. Sentyabrdan bu günə qədər 3 mindən çox insana yoluxan virusun yeni ştamı bu dəfə ABŞ-də qeydə alınıb. İnfeksionist Aytən Ziyadova "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, virusun tərkibi COVID-dən fərqli olduğundan geniş kütləyə yoluxma halı gözlənilən deyil. Eyni səbəbdən virusun mutasiyası da müşahidə edilmir.