
“WhatsApp”da reklamlar dövrü başlayır - dəyişiklik kimlərə təsir edəcək?
“WhatsApp”da uzun müddətdir gözlənilən reklamlar artıq tətbiq olunmağa başlayır. Trend-in məlumatına görə, “Meta” şirkəti bu yeniliyin yalnız “Yeniləmələr” bölməsində görüləcəyini açıqlayıb. Şəxsi mesajlaşma, zənglər və çatlar reklamdan tamamilə kənarda qalacaq.










