PRESS REVIEW — PRA.AZ

Xəbərlər

3082 xəbər tapıldı

Azərbaycanda məktəbli formalarının yeni qiymətləri
Xəbər

Azərbaycanda məktəbli formalarının yeni qiymətləri

Bakı Tikiş Evinin (BTE) məktəbli formalarına tətbiq etdiyi yeni endirimli satış qiymətləri məlum olub. FED.az xəbər verir ki, bu barədə BTE-nin şöbə müdiri Etibar Əzimov bildirib. O qeyd edib ki, yeni məktəbli formalarının qiyməti 25 faizə qədər ucuzlaşıb.

Ərdoğan Azərbaycana gələcək
Xəbər

Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. Türkiyə lideri iyulun 4-də Azərbaycana bir günlük səfərə gələcək. Ərdoğanın Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinə qatılması gözlənilir.

Tramp Netanyahudan nə istəyib?
Dünya

Tramp Netanyahudan nə istəyib?

“ABŞ Prezidenti Donald Tramp bu gün İsrailin Baş naziri Benyamin Netanyahuya zəng edib və atəşkəsin pozulmasından sonra İrana zərbə endirməməyi xahiş edib. Netanyahu isə hücumun miqyasını azaldıb”. “Qafqazinfo” xəbər verir ki, bunu adı açıqlanmayan israilli məmur “Axios” portalının jurnalisti Barak Ravidə bildirib.

Çinə bu tarixdən vizasız gedəcəyik
Xəbər

Çinə bu tarixdən vizasız gedəcəyik

Bu ilin 23 aprelində Pekində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili proseduralar tamamlanıb.

“Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində
Xəbər

“Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində

İnnovasiya və sürət lideri "Bakcell"in rebrendinq hekayəsi dünya şöhrətli marketinq nəzəriyyəçisi Filip Kotlerin "Müasir Marketinqin Əsasları" (Essentials of Modern Marketing) kitabında yer alacaq. Dünya və Azərbaycan oxucularına təqdim olunacaq tanınmış nəşrdə "Bakcell"in həyata keçirdiyi ölkəmiqyaslı rebrendinq və onun şirkətin inkişaf dinamikasına təsiri ətraflı şəkildə təqdim olunacaq.

“İranın əks hücumu iki gün ərzində baş verə bilər” - KİV
Dünya

“İranın əks hücumu iki gün ərzində baş verə bilər” - KİV

ABŞ səlahiyyətliləri İranın əks-hücum riskini yüksək qiymətləndirir və yaxın günlərdə güclü cavab veriləcəyini gözləyir. “Qafqazinfo” xəbər verir ki, bunu “Reuters”ə ABŞ rəsmisi bildirib. “İranın əks hücumu yaxında və ya iki gün ərzində baş verə bilər”, - məlumatda deyilir.

Azad olunmuş ərazilərə indiyədək ayrılan vəsaitin məbləği açıqlandı
Iqtisadiyyat

Azad olunmuş ərazilərə indiyədək ayrılan vəsaitin məbləği açıqlandı

Böyük Qayıdışa dair I Dövlət Proqram”ının ümumi icra faizi təqribən 79 faizdir. “Qafqazinfo” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov “2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması ilə bağlı yaradılmış Komissiyanın ilk iclasında bildirib.