
Noyabrın 1-dən ölkədə karantin rejimi ləğv ediləcək? - AÇIQLAMA
“Nə qədər pandemiya var, o qədər karantin rejimi davam edəcək. Karantin rejimi pandemiya ilə mübarizə aparmaq üçün tədbirlər kompleksidir. Ola bilər ki, karantin rejimi ləğv edilməsin, məhdudiyyətlər kiçik formada qalsın”. Bu sözləri Baku.ws-ə açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.









