PRESS REVIEW — PRA.AZ

Xəbərlər

3011 xəbər tapıldı

Azərbaycan Rusiyaya - NOTA VERİB
Xəbər

Azərbaycan Rusiyaya - NOTA VERİB

Notada xüsusi vurğulanmışdır ki, verilişin qonaqları öz çıxışları ilə Ermənistan cəmiyyətində revanşist qüvvələri keçmişdə qalan münaqişəni canlandırmağa təhrik edir və separatizmi açıq şəkildə dəstəkləməklə, iki xalq arasında düşmənçilik toxumu səpirlər.

DYP: Bütün Bakı tıxacın içərisindədir
Xəbər

DYP: Bütün Bakı tıxacın içərisindədir

"Elə vaxt olub ki, biz 20 Yanvar dairəsinə bir tağım cəlb edirik ki, tıxaclar aradan qalxsın. Nəqliyyat vasitələrini yönləndirməklə tıxacın az faizinin qarşısını alırıq. Çünki, avtobuslar və taksilər tıxacın yaranmasının əsas səbəbidir”. APA xəbər verir ki, bunu Bakı şəhər Dövlət Yol Polis İdarəsinin rəis müavini, polis polkovniki Malik İbrahimov deyib.

Bu il 184 uşaq övladlığa verilib, 91 uşaq ailəsinə qaytarılıb
Cəmiyyət

Bu il 184 uşaq övladlığa verilib, 91 uşaq ailəsinə qaytarılıb

APA xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə departamentinin müdiri Cavid Şahmalıyev bildirib. Onun sözlərinə görə, valideyn himayəsindən məhrum olan 91 uşaq isə öz doğma ailəsinə reinteqrasiya edilib:

Azərbaycan 9 ayda 1 milyard manatdan çox borc qaytarıb
Iqtisadiyyat

Azərbaycan 9 ayda 1 milyard manatdan çox borc qaytarıb

Bu ilin yanvar-sentyabr aylarında dövlət büdcəsi xərclərinin 12 669,4 milyon manatı və yaxud 61,9 %-i cari xərclər, 6 608,3 milyon manatı və yaxud 32,3 %-i əsaslı xərclər, 1 193,0 milyon manatı və yaxud 5,8 %-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub.

Məktəbdə hansı halda telefondan istifadəyə icazə veriləcək?
Xəbər

Məktəbdə hansı halda telefondan istifadəyə icazə veriləcək?

Şagirdlər ağıllı saat və telefonlar, həmçinin digər elektron cihazları məktəbə gətirməməli və dərs zamanı istifadə etməməlidir. “Qafqazinfo” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin ictimai müzakirəyə çıxardığı “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” layihəsində öz əksini tapıb.

“Onları dalana dirəmək lazımdır” - Ərdoğan
Xəbər

“Onları dalana dirəmək lazımdır” - Ərdoğan

“İşğaldan azad edilən qədim Azərbaycan torpaqlarında bir il ərzində ən müasir ikinci hava limanını açmaq bu qədər çətin dövrdən sonra hər ölkənin bacara biləcəyi bir iş deyil”. “Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cəbrayıl şəhərində mətbuata bəyanatında bildirib.

Binəli Yıldırım Qarabağda qəzaya düşdü
Xəbər

Binəli Yıldırım Qarabağda qəzaya düşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı çərçivəsində Qarabağda olan AKP sədrinin müavini, sabiq Baş nazir Binəli Yıldırım yol qəzasına düşüb.

Türkiyə Prezidentinin Azərbaycana səfər proqramı - AÇIQLANIB
Xəbər

Türkiyə Prezidentinin Azərbaycana səfər proqramı - AÇIQLANIB

Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanı ilə yanaşı, Zəngilanda “Dost Aqropark”ın açılış mərasiminə qatılacaq. Eyni zamanda, Türkiyə dövlət başçısı Cəbrayılda Qumlaq dəmiryolu stansiyası ilə Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Tədris Mərkəzi, Ağıllı Fidancılıq və Dostluq Meşə Kompleksinin təməlqoyma mərasimlərində iştirak edəcək.

Gələn il Türkiyədə tətil 20% bahalaşacaq
Xəbər

Gələn il Türkiyədə tətil 20% bahalaşacaq

2023-cü ilin yayında Türkiyədə tətil Rusiya vətəndaşlarına ötən mövsümlə müqayisədə 15-20% baha başa gələcək. Bu barədə Rusiya Tur Operatorları Assosiasiyası  məlumat yayıb. Qurum türkiyəli ekspertlərin rəyinə əsasən belə qənaətə gəlib.