PRESS REVIEW — PRA.AZ

Xəbərlər

3011 xəbər tapıldı

"Brent" neftinin qiyməti 11 aydan sonra ilk dəfə 79 dollardan aşağı düşüb
Iqtisadiyyat

"Brent" neftinin qiyməti 11 aydan sonra ilk dəfə 79 dollardan aşağı düşüb

"Brent" markalı neftin qiyməti yanvarın 4-dən indiyədək ilk dəfə 79 ABŞ dollarından aşağı düşüb. "Report" xəbər verir ki, bunu Londonun ICE birjasının məlumatları təsdiq edir. Belə ki, neftin qiyməti 4,55% düşərk bir barel üçün 78,92 ABŞ dolları olub. WTI neftinin 2023-cü il yanvar fyuçersləri də 4,45% azalıb, bir barelə görə 73,51 ABŞ dolları təşkil edib.

Bu ölkədə 6 aylıq körpələrə “Pfizer” peyvəndi vurulacaq
Xəbər

Bu ölkədə 6 aylıq körpələrə “Pfizer” peyvəndi vurulacaq

Böyük Britaniyanın Dərman və Sağlamlıq Məhsullarını Tənzimləmə Təşkilatı (MHRA) “Pfizer-BioNtech” əczaçılıq şirkəti tərəfindən istehsal olunan Covid-19 peyvəndinin körpələr və 6 aydan 4 yaşa qədər olan uşaqlar üçün istifadəsinə icazə verib.

Yığım üçün qızıl - NƏ QƏDƏR ETİBARLIDIR?
Xəbər

Yığım üçün qızıl - NƏ QƏDƏR ETİBARLIDIR?

Vətəndaşlar pul vəsaitlərini etibarlı yerdə saxlamağa və yığımlarını inflyasiyadan qorumağa çalışırlar. Əmanətlərindən faizlə gəlir götürmək istəyənlər, adətən, banklara üz tutur və ya pullarını milli və xarici valyutada saxlamağa üstünlük verirlər. Ölkədə geniş istifadə edilməsə də, yığımların saxlanma vasitələrindən biri də pulu qızıla çevirməkdir.

Pensiyalar bu tarixdə ödəniləcək
Xəbər

Pensiyalar bu tarixdə ödəniləcək

Dekabrın 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub. Bu barədə APA-ya Dövlət Sosial Müdafiə Fondundan bildirilib. Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.