
Dünyanın ən zəngin ailələri açıqlanıb – “The Times”
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanın ailəsi dünyanın ən zəngin ailəsi kimi tanınıb, bu barədə “The Times” nəşriyyatı yazıb.
3011 xəbər tapıldı

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanın ailəsi dünyanın ən zəngin ailəsi kimi tanınıb, bu barədə “The Times” nəşriyyatı yazıb.

“İlin əvvəlindən verdiyimiz proqnoz özünü doğruldub və turizm sənayesi 50 faiz bərpa olunub”. APA xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev "Azərbaycan Turizm Sammiti 2022"də çıxışı zamanı deyib.

Kapitalizm dövründə insanların ən çox maraqlandığı məsələlərdən biri də maaşların miqdarı ilə bağlıdır. Bu sırada Prezidentlərin məvacibləri də diqqət çəkir. “Qafqazinfo” dünya liderlərinin aylıq maaşlarını təqdim edir:

Avropa İttifaqı Rusiyaya qarşı 9-cu sanksiyalar paketini hazırlayıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, paketə 200-ə yaxın fiziki şəxs, 3 Rusiya bankı, ikili təyinatlı məhsulların ixracı və mədən investisiyalarının qadağan edilməsi daxildir.

“Google” bu il üzrə ən məşhur sorğuların siyahısını təqdim edib. “Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, siyahı 8 kateqoriyaya bölünüb. Bildirilib ki, 2022-ci ildə “Google”da ən çox axtarılan xəbərlər Ukrayna hadisələri və Britaniya kraliçası II Elizabetin ölümü ilə bağlı olub.

"Pandemiya müddəti ərzində digər yuxarı tənəffüs yollarının virus mənşəli xəstəliklərilə insanlar daha az qarşılaşdığına görə bu xəstəliklərə qarşı qazanılmış immunitetdə də azalma müşahidə edilib. Bu səbəbdən əvvəlki illərdə daha az yayılan bu xəstəliklərə əhalinin daha tez yoluxma və xəstəliyin daha ağır simptomlarla müşahidə olunma riski artır".

Başqasının şarj cihazından istifadə etmək təkcə smartfonunuzu zədələməz, həm də kiber cinayətkarlara şəxsi və maliyyə məlumatlarınıza giriş imkanı verə bilər. Lent.az-ın məlumatına görə, bir çox texniki ekspertlər orijinal şarj cihazlarından istifadə etməyi məsləhət görürlər.

Azərbaycanda ciddi şəkildə su azlığı müşahidə olunur. Ölkə ərazisinin 42%-i torpaq eroziyasına məruzdur. "APA-Economics" xəbər verir ki, bunu Dünya Bankının Avropa və Mərkəzi Asiya Dayanıqlı İnkişaf Departamentinin Ətraf Mühit, Təbii Sərvətlər və Mavi İqtisadiyyat üzrə baş mütəxəssisi Saşa Ayxberqer çıxışı zamanı bildirib.

"2023-cü ildə qızılın unsiyasının qiyməti 3 min dolları keçəcək". Marja xəbər verir ki, bu fərziyyə Danimarkanın Saxo Bankının çərşənbə axşamı dərc olunmuş 2023-cü il üçün qeyri-rəsmi proqnozlarında yer alıb. Rəsmi olmayan “şokedici proqnozlar” mümkün gələcək hadisələri təsvir edir.

Azərbaycan nefti kəskin ucuzlaşıb. FED.az xəbər verir ki, dekabrın 6-da keçirilən hərraclarda «Azeri light» markalı neftin qiyməti 5 dollar azalaraq 87 dollardan 82 dollara enib.

Danimarkanın Saxo Bankı özünün növbəti il üçün ənənəvi «şok proqnozlarını» açıqlayıb. FED.az xəbər verir ki, 2023-cü ilə olan proqnozlardan bəri də Fransa prezidenti Emmanuel Makronun tezliklə istefa verəcəyi barədədir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC-də xidmət tariflərinin qiymətində müşahidə olunan artımların antiinhisar qanunvericiliyinin tələblərinə uyğunluğunu müəyyənləşdirmək məqsədilə araşdırma aparılıb.