
Azərbaycana idxal edilən məhsullar ucuzlaşa bilər - AÇIQLAMA
Azərbaycana idxal edilən malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına daxil olan müraciətə (bəyannaməyə) bir gün müddətində baxılması idxal olunan məhsulların qiymətlərinin ucuzlaşmasına səbəb ola bilər. Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.










