
Qarlı havada respublika yollarında baş verən qəzalar: Üç ölüm, 21 xəsarət
Kəskin hava şəraiti ilə əlaqədar olaraq qar yağması və buzlaşma səbəbindən respublika yollarında ölüm və xəsarətlə nəticələnən ümumilikdə 11 yol-nəqliyyat hadisəsi baş verib.
3011 xəbər tapıldı

Kəskin hava şəraiti ilə əlaqədar olaraq qar yağması və buzlaşma səbəbindən respublika yollarında ölüm və xəsarətlə nəticələnən ümumilikdə 11 yol-nəqliyyat hadisəsi baş verib.

Qanunsuz əməllərə yol vermiş müdir barəsində cinayət işi başlanıb. Bu barədə APA-ya Yasamal rayon prokurorluğundan bildirilib.

“Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncam ilə minimum əməkhaqqı 345 manata çatdırılıb. Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqqılarında artımları təmin edəcək.

Türkiyədə prezident seçkiləri daha tez tarixdə keçirilə bilər. “Qafqazinfo” xəbər verir ki, bu, Türkiyə Nazirlər Kabinetinin iclası zamanı bildirilib. Vurğulanıb ki, prezident seçkilərinin daha tez tarixdə keçirilməsi məsələsi müzakirə olunacaq. Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində prezident seçkilərinin may ayında keçiriləcəyini açıqlayıb.

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin keçmiş sədri Vasif Talıbov daha bir vəzifəsini itirib. o, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Naxçıvan MR təşkilatının sədrliyindən də çıxarılıb. Bu barədə hələ ki, rəsmi açıqlama verilməsə də, YAP-ın rəsmi veb-səhifəsində Naxçıvan MR təşkilatı ilə bağlı bölümdə sədr vəzifəsi boş göstərilib

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bir müddətdir əhali arasında müşahidə olunan respirator viruslarla bağlı sualları cavablandırıb.

“Əmək pensiyaları haqqında” Qanuna əsasən, bu aydan əmək pensiyaları indeksasiya olunaraq təxminən 15.0 faiz artırılmalıdır. Pensiyalar adətən ayın ortası ödənildiyi üçün artımların nə zaman veriləcəyi daha çox ünvanlanan suallardandır.

Qarlı hava şəraiti üzündən Bakıda taksi qiymətləri artıb. Beynəlxalq taksi şirkətləri "Bolt" və "Uber" qiymətləri 60%-dən 3 dəfəyə qədər artırıb. Şəhər içində 1,4 km-lik məsafəni əvvəl 1,2 manata təklif edən "Bolt" hazırda qiyməti 2 manata kimi artırıb. "Uber" isə eyni məsafəyə görə, 3,3 manat qiymət müəyyən edib.


Bank kartına pul gələn kimi onu nağdlaşdıranlar əvvəllər daha çox idi. Çünki bank kartlarına inam hələ formalaşmamışdı. Ancaq zamanla təbliğ edildi ki, pulumuz elə kartda qalsa, daha yaxşıdır. Bu zaman oğurluq, təbii fəlakət və s. kimi risklərdən sığortalanmış olur. Yəni zamanla inam artdı və insanlar pullarının kartda daha güvənli olduğu qənaətinə gəldilər.

"Yaxın vaxtlarda öz tanklarımızı, gəmilərimizi istehsal edəcəyik". “Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar deyib.

Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus “Gəmiqaya Holdinq” şirkətinin onun əlindən alındığı və adının dəyişdirildiyi təsdiqlənib. Vasif Talıbovun oğlu Rza Talıbovun uzun müddət rəhbərlik etdiyi “Gəmiqaya Holdinq” bundan sonra “Arkoz Holdinq” adlanacaq. Bu gün şirkətə Bakıdan rəhbər təyin ediləcəyi gözlənilir.