PRESS REVIEW — PRA.AZ

Xəbərlər

3012 xəbər tapıldı

Bu avtomobillərin Azərbaycana gətirilməsinə icazə verilməyəcək
Xəbər

Bu avtomobillərin Azərbaycana gətirilməsinə icazə verilməyəcək

Zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb.

İsrail vətəndaşları ABŞ-a vizasız gedə biləcəklər
Dünya

İsrail vətəndaşları ABŞ-a vizasız gedə biləcəklər

Bu ilin sentyabr ayından etibarən İsrail vətəndaşları üçün ABŞ-a vizasız giriş tətbiq olunacaq. Bunu İsrailin Baş naziri Benyamin Netanyahu “Twitter“də yazıb. “Bu gün biz, İsrail vətəndaşlarına mühüm bir xəbər veririk. Söz verdiyimiz kimi, israilliləri ABŞ-a giriş üçün viza almaq zərurətindən azad etməklə bağlı bütün qanuni tələblər uğurla yerinə yetirilib” – Netanyahu yazıb.

Hökumət dərman vasitələri ilə bağlı yeni sənəd hazırlayır
Xəbər

Hökumət dərman vasitələri ilə bağlı yeni sənəd hazırlayır

Bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib.Onun sözlərinə görə, ölkədə müşahidə olunan dərman qıtlığı ilə bağlı məsələnin həlli vacibdir: “Müvafiq qurumlarla danışıqlar aparılan zaman Nazirlər Kabinetində dərman vasitələri haqqında yeni sənədin hazırlandığı bildirilir.

Mərkəzi Bank qərarını açıqladı
Iqtisadiyyat

Mərkəzi Bank qərarını açıqladı

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8.75%-ə, faiz dəhlizinin aşağı həddi 7%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9.75%-ə qaldırılmışdır.

Fazil Mustafadan ilk açıqlama - "Maşından tullandım ..."
Xəbər

Fazil Mustafadan ilk açıqlama - "Maşından tullandım ..."

"Evə qədər sürdüm. Maşını qaraja daxil etmək istəyəndə nə olduğunu başa düşmədim. Pultun düyməsini sıxıb qaraja daxil olmağa hazırlaşırdım. Birdən maşının “podpres”i silkələndi. Çiynimdə dəhşətli ağrı hiss eləyirdim. Ağrılardan sonra bunun atəş zərbəsi olduğunu anladım, çünki atəş səslərini eşitdim. Qapını açıb düşdüm. Darvazaya tərəf bir neçə addım atanda artıq ikinci güllə mənə dəydi.

Dollara tələbin artması manat üçün risklər yaradırmı?
Iqtisadiyyat

Dollara tələbin artması manat üçün risklər yaradırmı?

Mərkəzi Bankın bu gün təşkil ediyi hərracda xarici valyuta tələbi 96,3 milyon dollar olub. Bunu millət vəkili, iqtisadçı Vüqar Bayramov özünün “Facebook” hesabında yazıb. Onun sözlərinə görə, əvvəlki hərracda sifarişin 47,9 milyon dollar olduğunu nəzərə alsaq, dollara tələbin 2 dəfədən çox artdığını görürük:

Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
Xəbər

Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti gözlənilən hava şəraiti haqqında məlumat yayıb. Xidmətdən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 30-u səhərdən aprelin 1-i axşamadək şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.