
Bakı dünyanın trend məkanları siyahısına əlavə edilib
Bakı şəhəri tanınmış səyahət platforması “Tripadvisor” tərəfindən səyahət üçün üstünlük verilən trend məkanlar siyahısında yer alıb.
3012 xəbər tapıldı

Bakı şəhəri tanınmış səyahət platforması “Tripadvisor” tərəfindən səyahət üçün üstünlük verilən trend məkanlar siyahısında yer alıb.

2023-ci il martın ayının 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 19 757.4 mln. manat təşkil edib. "APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, fevralın 1-nə olan göstərici ilə müqayisədə 0,4% çoxdur.

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 15,3 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib, bu da illik müqayisədə 25% azdır.

2023-cü ilin yanvar-fevral aylarında Azərbaycana sürətli pul köçürmələri vasitəsi ilə banklara 165 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 40.3 milyon manata bərabər olub.

“Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlayıb. Bu hərbi təcavüz nəticəsində Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi də işğal edilib. Lakin, İran tərəfi bir dəfə də olsun Ermənistana münasibətdə ittihamedici açıqlama verməyib”.

ABŞ administrasiyası “The Wall Street Journal” müxbiri Evan Qerşkoviçin həbsinə görə bütün vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pier açıqlama yayıb.

Prezident İlham Əliyev Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb.

2022-ci ildə Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların məbləği 6,276 milyard ABŞ dolları təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 30,9 % çoxdur. Hesabat dövründə investisiyalarda neft-qaz sektorunun xüsusi çəkisi 71 % olub ki, bu da 1 il əvvələ nisbətən 12,5 faiz bəndi azdır.

Azərbaycanın ən yüksək dərəcəli medalı “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı olacaq. “Report”un xəbərinə görə, bu barədə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Nazirlər Kabinetinin 29 mart tarixli qərarı ilə artıq zavod buraxılış tarixi 10 ildən çox olan minik avtomobillərinin Azərbaycana gətirilməsi məhdudlaşdırılacaq. Bir aydan sonra qərar qüvvəyə minir. Bir çox şəxslər avtomobillərini artıq sifariş edib və onların gətirilməsi qərarın qüvvəyə minəcəyi tarixdən sonra olacaq. Bəs onlarla bağlı hansı addım atılacaq?

İsrailin Tel-Əviv şəhərində Azərbaycan səfirliyinin açılış mərasimi baş tutub.

Güzəştli ipoteka krediti və sosial mənzil almaq hüququ verilən şəxslərin siyahısına səhiyyə işçilərinin də əlavə edilməsi təklif olunur.