
“Qızıl top”a namizədlərin yeni siyahısı açıqlandı
2023-cü ildə “qızıl top”u qazanmağa favoritlərin yenilənmiş siyahısı təqdim edilib. “Qafqazinfo” xəbər verir ki, mükafata əsas namizəd PSJ-nin keçmiş hücumçusu, “İnter Mayami”nin forvardı və hazırkı dünya çempionu Lionel Messi olaraq qalır. İkinci yerdə “Mançester Siti”nin futbolçusu Erlinq Haland qərarlaşıb. İlk üçlüyü PSJ-nin forvardı Kilian Mbappe tamamlayır.










