PRESS REVIEW — PRA.AZ

Xəbərlər

3012 xəbər tapıldı

Ermənistanın dövlət borcu 11 milyard dolları ötüb
Xəbər

Ermənistanın dövlət borcu 11 milyard dolları ötüb

2023-cü ilin iyul ayının sonuna Ermənistanın dövlət borcu təxminən 11 milyard 352 milyon dollar təşkil edib. Ölkənin Maliyyə Nazirliyinin məlumatına görə, ilin əvvəli ilə müqayisədə borcun məbləği 714 milyon dollar və ya 6,7% artıb. Bildirilir ki, daxili dövlət borcu xarici borcdan daha sürətlə artır.

Stomatoloji xidmətlərə görə ödənilən məbləğlərdən ƏDV-nin geri qaytarılması mümkündürmü?
Xəbər

Stomatoloji xidmətlərə görə ödənilən məbləğlərdən ƏDV-nin geri qaytarılması mümkündürmü?

Mən stomatoloji xidmət alıram və əldə etdiyim tibbi xidmət üçün ödədiyim məbləğlərə görə ƏDV-nin geri qaytarılması hüququmdan istifadə etmək istəyirəm. Bu baxımdan, fərdi qaydada stomatoloji fəaliyyət göstərən diş həkimi tərəfindən mənə göstərilən tibbi xidmətlərə görə nəzarət-kassa aparatının çeki təqdim edilməlidirmi?

Bu il məktəblərin rus bölməsinə müraciət azalıb - RƏSMİ
Xəbər

Bu il məktəblərin rus bölməsinə müraciət azalıb - RƏSMİ

2023/2024-cü tədris ili üzrə rus bölməsinə qəbul olan şagirdlərin sayı məlum olub. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, 2023/2024-cü tədris ili üzrə rus bölməsi üzrə birinci sinfə 11 943, məktəbəhazırlıq qruplarına 5 568 uşaq qəbul olub.

Azərbaycana daxil olan valyuta çıxanı üstələyib - TƏDİYƏ BALANSI AÇIQLANDI
Iqtisadiyyat

Azərbaycana daxil olan valyuta çıxanı üstələyib - TƏDİYƏ BALANSI AÇIQLANDI

2023-cü ilin 6 ayı üzrə tədiyə balansı əsasən neft və qaz qiymətlərinin əlverişli olması, qeyri-neft-qaz ixracının artması və kapitalın və maliyyənin hərəkəti hesabında müsbət meyllərdən təsirlənmişdir. Cari əməliyyatlar balansında 5 milyard 155 milyon dollar, kapital və maliyyənin hərəkəti hesabında isə 509 milyon dollar profisit yaranmış, ehtiyat aktivləri 5 milyard 245 milyon dollar artmışdır.

Turizm Azərbaycana ilk yarımildə - 589.4 MİLYON DOLLAR QAZANDIRIB
Xəbər

Turizm Azərbaycana ilk yarımildə - 589.4 MİLYON DOLLAR QAZANDIRIB

2023-cü ilin altı ayında Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 45.7% artaraq 1.1 mlrd. ABŞ dolları olub. Hesabat dövründə turizm xidmətləri üzrə ixracın 589.4 mln. dollar olduğu halda,  idxalı 488.2 mln. dollar olub. Beləliklə, turizm ixracının idxalı  üstələməsi nəticəsində 101.2 mln. dollar həcmində profisit yaranıb. Turizmdən gələn gəlir illik müqayisədə 87% artıb.

Azərbaycanda illik inflyasiya 12%-dən aşağı düşdü
Iqtisadiyyat

Azərbaycanda illik inflyasiya 12%-dən aşağı düşdü

Bu ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 111,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 113,4%, qeyri-ərzaq məhsulları üzrə 110,6%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,2% təşkil edib. Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

“Məktəbli formaları 3 il qüvvədə olacaq”
Xəbər

“Məktəbli formaları 3 il qüvvədə olacaq”

“Bütün məktəblərdə vahid məktəbli formalarının seçimi təsdiq olunub”. “Qafqazinfo” xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, vahid məktəbli forması nizam-intizamın başlanğıcıdır:

Neftin bahalaşması pensiyalara necə təsir edəcək?
Cəmiyyət

Neftin bahalaşması pensiyalara necə təsir edəcək?

“Neftin qiymətinin artması dövlət büdcəsindən xərcləmələr üçün, xüsusən də fiskal öhdəliklərin vaxtında və nəzərdə tutulan məbləğdə həyata keçirilməsi baxımından imkanlar yaradır”. Bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Xəzərin suyunun duzsuzlaşdırılması ilə bağlı İsrail şirkəti ilə müqavilə imzalanıb
Xəbər

Xəzərin suyunun duzsuzlaşdırılması ilə bağlı İsrail şirkəti ilə müqavilə imzalanıb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC ilə Mekorot Water Company şirkəti arasında dəniz suyunun duzsuzlaşdırılması layihəsi çərçivəsində texniki məsləhət xidmətlərinin göstərilməsi üzrə müqavilə imzalanıb. “APA-Economics” bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yaydığı məlumata istinadən xəbər verir.

“Azərsilah” Müdafiə Sənayesi Holdinqi yaradılır
Xəbər

“Azərsilah” Müdafiə Sənayesi Holdinqi yaradılır

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində “Azərsilah” Müdafiə Sənayesi Holdinqi Qapalı Səhmdar Cəmiyyəti yaradılır. “Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.