
Azərbaycanda 23 min 160 nəfərin maaşı artıb – MƏBLƏĞLƏR
Müəllimlərin vəzifə maaşına əlavələr edilib.
3082 xəbər tapıldı

Müəllimlərin vəzifə maaşına əlavələr edilib.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan İlahiyyat İnstitutu” publik hüquqi şəxsin yanında “Bakı İlahiyyat Kolleci” publik hüquqi şəxs yaradılır.

Gələn ildən etibarən turizm şirkətlərinin əmlak vergisində 75 faiz güzəşt tətbiq olunacaq. Praktiki olaraq bu o anlama gəlir ki, turizm şirkətləri hesabladıqları əmlak vergisinin yalnız 25 faizini ödəyəcəklər.

Sumqayıt şəhəri 2025-ci il üçün “Gənclər Paytaxtı” seçilib. APA xəbər verir ki, dekabrın 7-də Gənclər və İdman Nazirliyinin növbəti kollegiya iclası keçirilib.

Ötən gün səhər saatlarında Bakıda 5.6 bal gücündə zəlzələ olub. Ocağı 68 km dərinlikdə yerləşən zəlzələ paytaxtda və bir neçə rayonda da hiss edilib. Bəs, hər an qaçılmaz olan təbii fəlakətləri əvvəlcədən dəqiqliklə bilməsək də, onun fəsadlarını necə azalda bilərik? Bu məqamda texnologiyanın inkişafı təbii fəlakətlər zamanı da köməyimizə çatır.

Bu gün yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib. Zəlzələnin nə vaxt baş verəcəyini proqnozlaşdırmaq çətin olsa da, mütəxəssislərin fikrincə, hər zaman hazır olmaq lazımdır.

Bu gün Pirallahı Sənaye Parkında təməli qoyulmuş “Gen Pharma Caucasus Manufacturing Operations” şirkətinin dərman vasitələrinin istehsalı zavodunun işə düşməsi ilə dərman qiymətlərində 15 % ucuzlaşma gözlənilir. "Report " xəbər verir ki, bunu şirkətin rəhbəri Abidin Gülmüş bildirib.

“İndiyə qədər növbətçi hissələrə dağıntı, yaxud xoşagəlməz halla bağlı məlumat daxil olmayıb”. “Qafqazinfo” xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev Respublika Seysmoloji Xidmət Mərkəzində bugünkü zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib. Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 7-də bununla bağlı Sərəncam imzalayıb. Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılı

“Bu gün baş verən zəlzələ Azərbaycanda iyul ayının 4-də baş verən yerdə və eyni dərinlikdə baş verib”. “Qafqazinfo” xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün keçirdiyi mətbuat konfransında bildirib. “Eyni yerdə qırılmalar olub. Bu, gözlənilən zəlzələ idi. Zəlzələdən sonra 5 afterşok qeydə alınıb”.

Dekabrın 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub. Bildirilir ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Bakıda Azərbaycan Uşaqlar Birliyinin sığınacağında olan uşaqlardan 40 nəfərə yaxını qızılcaya yoluxub. Bu barədə “Qafqazinfo”ya sığınacaqdan məlumat verilib. Bildirilib ki, 15 gündür, uşaqlar arasında qızılca xəstəliyinin əlamətləri müşahidə olunur: