
Mourinyo istefaya göndərildi
İtaliyanın “Roma” klubu baş məşqçi Joze Mourinyonu istefaya göndərib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onunla birlikdə bütün məşqçi heyəti ilə olan müqavilələrə də xitam verilib. .
3082 xəbər tapıldı

İtaliyanın “Roma” klubu baş məşqçi Joze Mourinyonu istefaya göndərib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onunla birlikdə bütün məşqçi heyəti ilə olan müqavilələrə də xitam verilib. .

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında partlayış baş verməsi barədə məlumat daxil olub. Nazirlikdən “Qafqazinfo”ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Bu gün gecə saatlarından ABŞ və Böyük Britaniya qüvvələri husilərə qarşı hərbi əməliyyata başlayıb. Əməliyyat qərarı Böyük Britaniyanın Baş naziri Rişi Sunakın axşam saatlarında Nazirlər Kabinetinin fövqəladə iclasından sonra qəbul edilib. ABŞ Prezidenti Co Bayden isə bu əməliyyatın İranın dəstəklədiyi husilərin Qırmızı dənizdə gəmilərə hücumlarına cavab olduğunu bildirib.

Dünyanın aparıcı media qurumu BBC separatçı milyarder Ruben Vardanyan obrazını ifşa edən geniş araşdırma materialı yayımlayıb.

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində fevralın 7-nə təyin edilən növbədənkənar prezident seçkilərini şərtləndirən əsas amilləri açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, dövlət başçısı bunun, ilk növbədə, sentyabr hadisələrindən sonra yeni dövrün başlanğıcı ilə əlaqədar olduğunu bildirib.

“İnfrastruktur layihələri (Qarabağ və və Şərqi Zəngəzurda həyata keçirilən – red.) imkan verir ki, biz bu il daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytaraq və onların bu il qaytarılacaqları şəhərlər arasında beş şəhər - Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi, Xocalı şəhərləri olacaq”.

Hollivud Xarici Media Birliyi tərəfindən təşkil edilən 81-ci “Qızıl Qlobus” mükafatlarının qalibləri açıqlanıb.

Ölkənin ali təhsil mərkəzi olan Bakı şəhərində böyük universitetlərin və ya onların filiallarının bir əraziyə köçürülməsi ilə akademik mərkəz yaradılacaq.

“Bakı-Sumqayıt” şosesində, Xırdalan və “20 Yanvar” dairələrində nəqliyyatın sıxlığının qarşısının alınması, Xırdalan şəhərinin alternativ giriş-çıxış yolunun yaradılması məqsədilə M-1 və M-4 avtomobil yollarını Sulutəpə və Xocasən qəsəbələrindən keçməklə Yasamal rayonu ərazisində xarici dairəvi yolla birləşdirən paytaxtın strateji 2-ci şimal-qərb yeni giriş-çıxış yolunun yaradılması planlaşdırılır

Azərbaycan dünya pasportlarının reytinqi siyahısında 61-ci yerdə qərarlaşıb. Reytinq pasport sahibinin vizasız səfər edə biləcəyi və gəliş zamanı viza ilə daxil ola biləcəyi ölkələrin sayına əsaslanır. Belə ki, Azərbaycan vətəndaşları 32 ölkəyə vizasız, 115 ölkə üçün isə, əv

Bakıda metrostansiyaların sayının 25-dən 46-a çatdırılması nəzərdə tutulur. Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb. Qeyd edilib ki, metro nəqliyyatı sistemi Bakı şəhərinin ictimai nəqliyyat sistemində aparıcı rol oynamağa davam edəcək və aqlomerasiyanın ən sıx məskunlaşmış əraziləri ilə mərkəz ərazilər arasında əsas ictimai nəqliy

BMT-nin qiymətləndirmələrinə əsasən, 2023-cü ildə ölkədə ÜDM-in artımı 0,7% təşkil edib. Təşkilat həmçinin 2025-ci ildə Azərbaycanda ÜDM-in artımını 2,8% səviyyəsində proqnozlaşdırır.