
Azərbaycanda süni brilyant istehsal ediləcək
“Süni brilyant istehsal edən Hindistan şirkəti ilə Anlaşma Memorandumu imzalanıb. Ələt Azad İqtisadi Zonasında bu istehsalat artıq qurulur”. “Qafqazinfo” xəbər verir ki, bunu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov 2023-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında bildirib.










