PRESS REVIEW — PRA.AZ

Xəbərlər

3082 xəbər tapıldı

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı
Xəbər

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətində olmadığını bildirib. “Qafqazinfo” xəbər verir ki, bu haqda TASS məlumat yayıb. “Bunun lazım olduğunu düşünmürəm. Bizim gördüyümüz iş qlobal geosiyasi dəyişikliklərə cavabdır”, - Paşinyan qeyd edib.

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik
Xəbər

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq. “Qafqazinfo” “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. Onun sözlərinə görə, bununla bağlı ilin sonuna kimi qanunvericiliyə dəyişikliklər ediləcək.

Kirayə evə görə vergini kim ödəməlidir?
Cəmiyyət

Kirayə evə görə vergini kim ödəməlidir?

Son zamanlar çoxmənzilli binalarda yaşayanlardan mənzilin özlərinə aid olub-olmaması tez-tez soruşulur. Mənzildə kirayə qalanlar isə daha bir suala cavab verməli olurlar: Mənzilin sahibi ilə müqavilə varmı? Müqavilə isə vergi öhdəliyini ortaya çıxarır. Bəs bu vergini kim ödəməlidir? Ev sahibi, yoxsa kirayəçi?

ABŞ-ın İrana qarşı sanksiyaları müddətsiz ola bilər
Dünya

ABŞ-ın İrana qarşı sanksiyaları müddətsiz ola bilər

ABŞ Konqresinin Nümayəndələr Palatası prezidentə qeyri-müəyyən müddətə İran iqtisadiyyatına qarşı sərt sanksiyalar tətbiq etməyə imkan verən qanun layihəsini təsdiqləyib. “Report” xəbər verir ki, qanun layihəsinin lehinə 407 qanunverici, əleyhinə isə 16-sı səs verib. 2023-cü ilin may ayında təklif edilən qanunvericilik 2026-cı ildə başa çatacaq 1996-cı il İran Sanksiya Aktını daimi edəcək.

"Qarabağ" dünya reytinqində 13 pillə irəliləyib
İdman

"Qarabağ" dünya reytinqində 13 pillə irəliləyib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb. “Report” IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, 506 komandadan ibarət siyahıya Azərbaycanın 3 təmsilçisi düşüb. 13 pillə irəliləyən "Qarabağ" (176,5 xal) 48-ci sırada yer alıb. Bir mövqe irəliləyən "Neftçi" (62 xal) 377-ci, 4 sıra addımlayan "Sabah" (58,75 xal) isə 413-cüdür.

Azərbaycanda illik inflyasiya açıqlanıb
Iqtisadiyyat

Azərbaycanda illik inflyasiya açıqlanıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 101 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,7 %, qeyri-qida məhsulları üzrə 101,4 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,5 % təşkil edib.

Vətən müharibəsindən sonra 350 nəfər mina qurbanı olub – XİN
Xəbər

Vətən müharibəsindən sonra 350 nəfər mina qurbanı olub – XİN

Ermənistan tərəfinin vaxtilə işğal etdiyi ərazilərimizdə yerləşdirdiyi minaların partlaması 2020-ci ildəki 44 günlük Vətən müharibəsindən sonra 350 günahsız insanın həyatına son qoyub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.