
Müəllimlərə güzəştli təhsil kartları veriləcək – RƏSMİ
Azərbaycanda təhsil işçiləri üçün müəyyən güzəşt və imtiyazları özündə birləşdirən təhsil kartları hazırlanacaq. Bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib.
3082 xəbər tapıldı

Azərbaycanda təhsil işçiləri üçün müəyyən güzəşt və imtiyazları özündə birləşdirən təhsil kartları hazırlanacaq. Bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib.

“WhatsApp” messencerinə çatların sürətli təşkili funksiyası əlavə edilib, hansı ki yazışmaları daha rahat şəkildə strukturlaşdırmağa imkan verir. Bildirilir ki, müxtəlif kateqoriyalar üzrə siyahılar yaratmaq mümkündür, məsələn, “Ailə”, “İş”, “Oxunmamış” və s. Çatların sürətli təşkili funksiyası lazımi dialoqu tapmaqda çətinlik çəkənlər üçün nəzərdə tutulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il noyabrın 1-dək minimum əməkhaqqının artırılması ilə bağlı təklifləri hazırlayaraq aidiyyəti üzrə təqdim etməsi tapşırılmışdı. Məlum olduğu kimi, artıq bu müddət başa çatıb. Bəs görəsən, minimum əməkhaqqı nə qədər artırıla bilər?

Bu ilin 9 aynda Azərbaycandakı xidmətlərdən narazı qalan turistlərin sayı məlum olub.

Vətəndaş yalnız tibbi göstəriş, yəni sağlamlıqla bağlı şikayəti olduğu halda, icbari tibbi sığorta hesabına, ödəniş etmədən tibbi müayinədən keçə bilər.

2024-ci il oktyabr ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları ( bank və qeyri-bank birlikdə) 28 404.6 mln. manat təşkil edib. "APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici cari ilin əvvəli ilə müqayisədə 18.5% çoxdur.
Türkiyəyə BRICS-in tərəfdaş ölkəsi statusu verilib. APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, qərar qurumun Kazan sammiti çərçivəsində qəbul edilib.

Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyası və delimitasiyası prosesi sülh sazişinə aparan doğru yoldur. "Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin XVI BRICS Sammitinin “Outreach”/“BRİCS+” formatının geniş tərkibdə iclası zamanı deyib.

Məlum olduğu kimi, Nazirlər Kabinetinin 18 sentyabr 2024-cü il tarixli qərarına əsasən noyabr ayında Azərbaycanda 17 gün iş olmayacaq. Bu, noyabr ayında Bakıda keçiriləcək COP29 - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə əlaqədardır.

Kredit tarixçəsi subyektlərinin (barəsində kredit tarixçəsi formalaşdırılan fiziki və ya hüquqi şəxsin) kredit tarixçələri ilə bağlı məlumatları razılıq almadan təqdim edən məlumat təchizatçılarının sırasına mobil telefon operatorları da daxil edilir.

Hazırda Bakının mərkəzinə yaxın, xüsusən də infrastrukturun son zamanlar daha çox inkişaf etdiyi ərazilərində qiymət artımı müşahidə edilir. Bu sözləri açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti Vüqar Oruc deyib.

Elm və Təhsil Nazirliyi icra prosesində müəyyən ediləcək aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Türkiyə-Azərbaycan Universitetində dövlət hesabına təhsil alan tələbələrin sayı barədə təkliflərini hər tədris ili üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.