
Rusiya İstanbulda Ukrayna ilə birbaşa danışıqları davam etdirməyə hazırdır
Rusiya tərəfi Ukrayna ilə İstanbulda başlayan birbaşa danışıqları davam etdirməyə hazırdır. "Report"un məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov NBC News telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Alyaska sammitindən sonra amerikalı həmkarı Donald Trampla telefon danışığında oxşar mövqeyi təsdiqləyib.










