
Rövşən Əmircanov: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"
Yaxın aylarda dünya bazarında qızılın bir unsiyasının qiymətinin 4 000 ABŞ dolları həddinə yüksəlməsi mümkündür. Bunu "Report"a açıqlamasında "Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Rövşən Əmircanov bildirib.










