
Tramp Putinin onu məyus etdiyini deyib
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putindən çox məyus olduğunu bildirib. "Report" xəbər verir ki, ABŞ lideri bu barədə radioaparıcı Skott Cenninqsə müsahibəsində danışıb. Onun sözlərinə görə, Vaşinqton insanların həyatını xilas etmək üçün müəyyən addımlar atacaq.










