
Türkiyə Rusiya qazını almağa davam edəcək
Türkiyə Rusiyadan qaz almağa davam edəcək. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İstanbulda jurnalistlərə Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib.
3082 xəbər tapıldı

Türkiyə Rusiyadan qaz almağa davam edəcək. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İstanbulda jurnalistlərə Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib.

Azərbaycanda Yeni illə qeyri-iş günləri yaxınlaşdıqca daxili turizmə maraq da nəzərəçarpacaq dərəcədə artmaqdadır. Qış turizmi mövsümü tam açılmasa da, dekabrın son günləri üçün regionlarda yerləşən hotellərə tələbatın kəskin artdığı müşahidə olunur.

Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilib.

“Hazırda ölkədə qızılca xəstəliyinə qarşı həm planlı, həm də peyvənddən kənarda qalan uşaqlar və böyük yaşlı əhali arasında tibb müəssisələrində peyvənd işləri davam etdirilir”. Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Bu il daha 138 uşaq övladlığa verilib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında bildirilib.

Azərbaycanda yeni evlənən gənclərin sosial təminatının gücləndirilməsi son illərin ən çox müzakirə olunan mövzularından biridir. Maraqlıdır ki, yeni evlənən gənc cütlüklərə ölkəmizdə hansı güzəştlər edilir və ya edilə bilər?

Rəqəmlər həddindən artıq böyüyüb. Bir müddət əvvəl Nvidia tarixdə ilk dəfə olaraq 5 trilyon dollarlıq kapitallaşmaya malik şirkət kimi başlıqlara çıxdı.

ABŞ Prezidenti Donald Tramp miqrantların ölkədəki sosial problemlərin əsas faktoru olduğunu bəyan edib. "Report"un məlumatına görə, o, "Truth Social"dakı paylaşımında hazırkı miqrasiya vəziyyətini sosial dəstək sisteminin yükünün artmasında, dövlət xidmətlərinin keyfiyyətinin pisləşməsində və büdcə kəsirində günahlandırıb.

Azərbaycan 6 ölkə ilə diplomatik və xidməti pasport sahiblərini vizadan qarşılıqlı azad edir.

Rusiya Urals markalı nefti ABŞ sanksiyalarından sonra Hindistana böyük endirimlə təklif olunur, “Bloomberg” yazır. Agentliyin bildirdiyinə görə, söhbət ABŞ-nin “Rosneft” və “LUKOIL” kimi aparıcı Rusiya neft istehsalçılarına qarşı sanksiyalar tətbiq etməsindən sonra son iki ildə qeydə alınan ən aşağı qiymətdən gedir. bildirilir ki, endirim 7 dollar təşkil edir.

“Azərbaycanda son iki ildə xarici dil müəllimlərinin 40%-nin maaşı 35% artırılıb”. Bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bp və tərəfdaşlarının ingilis dili üzrə “Məktəblilər üçün yeni rəqəmsal ingilis dili öyrənmə mənbəyi” layihəsinin təqdimatında bildirib.

İşsizlikdən Sığorta Fondunun 2026-cı il üçün büdcə layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul olunub. Sənədə əsasən, fondun xərcləri 266.4 milyon manat olacaq. Fondun vəsaitlərinin əhəmiyyətli hissəsi aktiv sosial proqramların maliyyələşdirilməsinə yönəldilsə də, 28 milyon manat işsizliyə görə sığorta ödənişləri üçün istifadə olunacaq. Bu 2025-ci illə müqayisədə 65.0 faiz artım deməkdir.