
Azərbaycanda orta aylıq əmək haqqı 14% artıb
Bu ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14 % artaraq 825,3 manat təşkil edib.
3082 xəbər tapıldı

Bu ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14 % artaraq 825,3 manat təşkil edib.

Bu gün saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçaları) uşaqların qəbulu prosesinə start verilir. Təhsil Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, proses sentyabrın 14-dək davam edəcək.

Məktəbəqədər təhsil müəssisələrində onlayn qeydiyyat zamanı bir sıra kateqoriyadan olan uşaqlara qəbul zamanı üstünlük hüquqları veriləcək.

Bu gün üçün meymunçiçəyi ilə bağlı Azərbaycanda yoluxma faktı qeydə alınmayıb. Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Azərbaycanda nəinki AZAL, hətta Avropa ölkələrində bəzən 10-20 avroya belə bilet satan büdcə hava yolları şirkəti- Wizz Air-in biletləri də bahadır.

2023-cü ildə Moskvada keçirilməsi nəzərdə tutulan bədii gimnastika üzrə Avropa çempionatı Bakıda baş tutacaq. “Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa Gimnastika İttifaqının (EGU) mətbuat xidməti məlumat yayıb.

Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevi vəzifəsindən azad edib.

FHN-in 112 “Qaynar” telefon xəttinə "Sədərək" Ticarət Mərkəzinin ərazisində yanğın baş verməsi barədə məlunat daxil olub. Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, dərhal hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

FED.az xəbər verir ki, ölkəmizdə fermerlərin mineral gübrələrə olan ehtiyacı əsasən idxal hesabına ödənilir. Sumqayıt Karbomid Zavodu ölkə üzrə azot gübrəsinə olan ehtiyacı xeyli miqdarda qarşılasa da, hələ ki tam ödəyə bilmir.

ÜST Azərbaycanda 5 yaşdan yuxarı orta və ağır immun çatışmazlığı olan şəxslərə ikinci “buster” dozanın tətbiq edilməsini tövsiyə edib.

“Azərsu” ASC-nin ötən ili böyük həcmdə zərərlə başa vurması vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, əhali həmin zərərin aradan qaldırılması üçün yenidən qiymət artımına gediləcəyini düşünür.

“Ali məktəblərə qəbul imtahanlarının ikinci cəhdinin birincidən daha yaxşı olacağı gözlənilir”. Bunu APA-ya açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. Builki keçid ballarına gəldikdə isə o deyib ki, müsabiqə vəziyyəti təkcə keçid ballarından asılı deyil: