
Şuşada tikilən binalara sakinlər gələn ilin birinci yarısı köçürüləcək
Bakı 2023-cü ilin birinci yarısına qədər Şuşada tikilən 8 binaya əhali köçürüləcək.
3082 xəbər tapıldı

Bakı 2023-cü ilin birinci yarısına qədər Şuşada tikilən 8 binaya əhali köçürüləcək.

Millət vəkili Vüqar Bayramov son dövrlər paytaxt yollarında artan sıxlıq və tıxaclarla bağlı problemin həlli üçün təkliflər irəli sürüb. “Qafqazinfo” xəbər verir ki, V.Bayramov ölkədəki avtomobillərin 70 faizinin Bakıda cəmləşdiyini bildirib və bunun dövlət üçün ciddi problem olduğunu vurğulayıb:

Azərbaycan hökuməti Qarabağdakı tikinti-quruculuq işlərində dost və tərəfdaş ölkələrin şirkətlərinin cəlb olunması istiqamətində addımlar atır və bu proses həmin ölkələrin şirkətlərinin iştirakı ilə həyata keçirilir.
Ermənistanın 44 günlük müharibə zamanı Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən və dinc əhalinin sıx məskunlaşdığı şəhərləri raket atəşinə tutması nəticəsində 12 uşaq həlak olub.

Məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı tətbiq ediləcək inzibati tədbirlər müəyyənləşib. “Report”un məlumatına görə, Elm və Təhsil Nazrliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bildirib ki, həmin vaxt şagirdlərin davranış səviyyələri nəzərə alınacaq.

26 yaşlı Azərbaycanəsilli Romina Purmoktari İsveçin iqlim və ətraf mühit naziri təyin olunub. “Qafqazinfo” “The Local Sweden” nəşrinə istinadən xəbər verir ki, Purmoktari bununla da İsveç hökumətində bu günə qədər təyin olunan ən gənc nazir olub.

İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il 7 noyabr iş günü ilə 5 noyabr istirahət gününün yerləri dəyişdirilib. Beləliklə, ardıcıl olaraq 4 gün - 6, 7,8 və 9 noyabr tarixlərində qeyri-iş günü olacaq. Qeyd edək ki, Azərbaycanda 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Bayraq Günü kimi qeyd olunur.

2022-ci ilin yanvar-sentyabr aylarında (9 ayda) Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar açıqlanıb. FED.az Dövlət Gömrük Komitəsinin hesabatından təqdim edir.

İlin sonuna doğru yaxınlaşdıqca 2023-cü ildə pensiyaların nə qədər artacağı haqda məsələ aktuallaşır. Artıq bununla əlaqədar müxtəlif rəqəmlər də səsləndirilir. Bəs, ümumiyyətlə, əmək pensiyaları hansı mexanizmlə artırılır? Yüksək pensiya artımı gözləməyə dəyərmi?

2022-ci ilin yanvar-sentyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 98,1 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir.

Bu ilin yanvar-sentyabr aylarında əsas kapitala 10 154,4 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 % çox vəsait yönəldilib. FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2022-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 17,1 faiz üstələyərək 35,6 mlrd. manata bərabər olub.