
FHN-nin akademiyasında yeyinti AŞKARLANDI
Hesablama Palatası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında audit aparıb. Oxu.Az xəbər verir ki, audit 2020 və 2021-ci illər üzrə maliyyə əməliyyatlarını əhatə edib.
3082 xəbər tapıldı

Hesablama Palatası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında audit aparıb. Oxu.Az xəbər verir ki, audit 2020 və 2021-ci illər üzrə maliyyə əməliyyatlarını əhatə edib.

25 oktyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106017947 ISIN-li, 30 milyon manat həcmində, 1092 gün tədavül müddətli (effektiv gün 973) olan dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Qafqazinfo” Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, yeni təşkil edilən xətt üzrə avtobuslar metronun “Xalqlar Dostluğu” stansiyasından başlayaraq Qara Qarayev prospekti - “Koroğlu” stansiyası - Heydər Əliyev prospekti - Yusif Səfərov küçəsi - Neftçilər prospekti – “Azneft” dairəsi - Bibiheybət -Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində hərəkət edəcək.

“Azərbaycanda son 9 ayın makroiqtisadi nəticələrinə əsasən, Ümumi Daxili Məhsul (ÜDM) 98 milyarda çataraq 5,6 faiz real artım göstərib”. “Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisdə deputatlarla görüşü zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.

2023-cü ildə Azərbaycan ərazisinə malların idxalına görə gömrük rüsumları üzrə proqnoz açıqlanıb. FED.az xəbər verir ki, bu barədə 2023-cü ilin dövlət büdcəsinin layihəsində nəzərdə tutulur.

“2023-cü ildə dövlət büdcəsi hazırlanan zaman neftin bir barelinin qiyməti 50 ABŞ dollarına bərabər götürülüb”. “Qafqazinfo” xəbər verir ki, bu Milli Məclisdə daxil olan “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində yer alıb.

Bakıda yaşayış binasında partlayış baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, rayon ərazisində yerləşən yaşayış binalarının birinin 4-cü mərtəbəsində qaz sızmasından partlayış olub. Nəticədə mənzilin sahibi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

“Meta” şirkətinə məxsus olan vatsap mesencerinin fəaliyyətində problem yaşanıb. “Qafqazinfo” xəbər verir ki, hazırda istifadəçilər mesencer vasitəsilə mesaj göndərə bilmirlər. Azərbaycanla yanaşı, dünyanın əksər ölkələrində də istifadəçilər mesencerdə mesaj göndərməyin mümkün olmadığından şikayətlənirlər. Hələlik şirkət bununla bağlı rəsmi açıqlama yaymayıb.

Sosial şəbəkələr hər yerdə yanımızdadır, sanki bizim bir parçamızdır. Belə olan halda övladlarımızın təhlükəsizliyini təmin etmək üçün valideynlərin üzərinə xeyli iş düşür. Gəlin uşaqları virtual dünyanın təhlükələrindən qorumaq üçün bir neçə məsləhətə nəzər salaq.

Mütəxəssislər hesab edirlər ki, mövcud bazar qiymətləri ilə hesablandıqda ailənin bir üzvünün yaxşı yaşaması üçün minimum aylıq 1000 manatı keçən gəliri olmalıdır. Amma sağlamlıq, istirahət xərclərini də nəzərə alanda vəziyyət daha da mürəkkəbləşir. Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik

Bu ilin yanvar-sentyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı ötən ilin eyni dövrünə nisbətən 1,7 dəfə artaraq 1 110,8 min nəfər olub.

Notada xüsusi vurğulanmışdır ki, verilişin qonaqları öz çıxışları ilə Ermənistan cəmiyyətində revanşist qüvvələri keçmişdə qalan münaqişəni canlandırmağa təhrik edir və separatizmi açıq şəkildə dəstəkləməklə, iki xalq arasında düşmənçilik toxumu səpirlər.