
İranın Ali Lideri Laricaninin qisasını alacağına söz verib
“Tökülən hər bir qanın qarşılığı qanla ödənilir və şəhidlərin cinayətkar qatilləri tezliklə cəzalarını çəkməlidirlər”. Bunu İranın Ali Rəhbəri Müctəba Xamenei öz “Telegram” kanalında yazıb.
3082 xəbər tapıldı

“Tökülən hər bir qanın qarşılığı qanla ödənilir və şəhidlərin cinayətkar qatilləri tezliklə cəzalarını çəkməlidirlər”. Bunu İranın Ali Rəhbəri Müctəba Xamenei öz “Telegram” kanalında yazıb.

İstedadlı insanları üzə çıxarmaq, onları müəyyən etmək Mədəniyyət Nazirliyi olaraq bizim əsas prioritetimizdir. Banker xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Elm və təhsil komitəsində keçirilən “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləmədə deyib.

Paytaxtın üç rayonunda söküntü işləri aparılacaq. Bunlar Binəqədi, Yasamal və Nəsimi rayonlarının müəyyən küçələrini əhatə edəcək”. Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr 608,6 milyon manat məbləğində xidmət göstərib.

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əsas kapitala 2 milyard 436,4 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 19,4 % çox investisiya yönəldilib.

İnnovasiya lideri “Bakcell” Elektron Hökumət İnformasiya Sisteminin Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) altsisteminə qoşularaq qurumlararası sənəd mübadiləsini tam rəqəmsal müstəviyə keçirib.

Yaxın Şərqdə davam edən qeyri-sabitlik fonunda Yaponiya hökuməti öz strateji neft ehtiyatlarının bir hissəsini bazara çıxarmağa başlayıb. "Report" xəbər verir ki, müvafiq məlumat rəsmi hökumət bülletenində dərc olunub.

ABŞ-də Amerika Kinematoqrafiya Sənəti və Elmləri Akademiyası tərəfindən 2025-ci ildə kinematoqrafiya sahəsindəki nailiyyətlərə görə verilən "Oskar-2026" mükafatının qalibləri müəyyənləşib. "Report" xəbər verir ki, sayca 98-ci olan təqdimat mərasimi ənənəvi olaraq Kaliforniya ştatının Los-Anceles şəhərindəki "Dolbi" teatrında keçirilib.

Vaşinqton hazırda İrana qarşı hərbi əməliyyatın başa çatmasını bəyan etməyə hazır deyil. "Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp prezident təyyarəsinin göyərtəsində jurnalistlərə bildirib. "Mən hələlik bunun bitdiyini elan etmirəm", - deyə o qeyd edib və əlavə edib ki, Tehran danışıqlara hazır deyil.

Əlinlə ver, ayağınla axtar - Borc verənlərin vəziyyətini ifadə edən bu və ya digər oxşar məsəllər indi daha aktualdır. Bütün dünyada olduğu kimi, Azərbaycanda da borclanma iqtisadi münasibətlərin istiqamətlərindən birini təşkil edir. Əslində isə bu məsələ də qanunvericiliklə tənzimlənir.

Böyük Yeddilik (G-7) ölkələrinin maliyyə nazirləri qlobal enerji bazarlarındakı gərginliyi müzakirə etmək üçün təcili toplantı keçirəcək. Bu barədə “Financial Times” qəzeti G-7-dən yüksək vəzifəli mənbələrə istinadən məlumat yayıb.

Yaxın Şərq regionunda hərbi gərginliyin daha da dərinləşməsi və eskalasiyanın davamlı xarakter alması halında yaxın mərhələdə qızılın 1 unsiyasının qiyməti 5 500 ABŞ dollarını keçə bilər. Bunu “Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyinin İdarə Heyəti sədrinin müavini, “Qiymətli metallar və qiymətli daşlar” üzrə Texniki Komitənin sədri, iqtisadçı Rövşən Əmircanov bildirib.