PRESS REVIEW — PRA.AZ

Xəbərlər

3011 xəbər tapıldı

Gəliri bu məbləğdən aşağı olanlar sosial yardım alacaqlar
Cəmiyyət

Gəliri bu məbləğdən aşağı olanlar sosial yardım alacaqlar

Xəbər verildiyi kimi, Azərbaycanda 2023-ci ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının həddinin bərabər məbləğdə - 246 manat olması nəzərdə tutulur. Bu barədə "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilib. Bununla da 2023-cü ildə yaşayış minimumu 2022-ci illə müqayisədə 36 manat və ya 17,15 faiz, ehtiyac meyarı isə 46 manat və ya 23 faiz çox olacaq.

“Qara cümə”nin real üzü - ARAŞDIRMA
Araşdırma

“Qara cümə”nin real üzü - ARAŞDIRMA

25 noyabr dünyada və Azərbaycanda “Black Friday”, yəni “Qara cümə” endirim festivalı kimi qeyd olunur. “Black Friday” ABŞ-da noyabr ayının dördüncü cümə axşamı günü qeyd olunan Şükranlıq bayramından sonrakı cüməyə verilən qeyri-rəsmi addır. 1952-ci ildən həmin günü Yeni il üçün alış-veriş mövsümünün başlanğıcı olaraq qəbul edirlər.

Yeni ildə qiymətlər yenidən artacaq - SƏBƏB
Xəbər

Yeni ildə qiymətlər yenidən artacaq - SƏBƏB

“Burada iki məsələ var: kommunal, strateji məhsullar, çörək, yanacaq, sərnişindaşıma, dərman preparatlarının və s. qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənir. Orada da qiymətlərin qalxması, yaxud enməsini müzakirəyə çıxarırlar, ondan sonra isə qərar verirlər ki, filan qiymətdə olsun.

“Avropada ərzaq məhsulları Azərbaycandan xeyli ucuzdur” - Yenilənib
Cəmiyyət

“Avropada ərzaq məhsulları Azərbaycandan xeyli ucuzdur” - Yenilənib

“Azərbaycanda ərzaq və dərman məhsullarının qiyməti durmadan artır. Bunun da qarşısının alınmasının müxtəlif yolları var. Hökumət bu sahədə mümkün olan fəaliyyətini davam etdirir. Təklif edərdim ki, müvəqqəti olaraq qida və dərman məhsulları üçün tələb olunan ƏDV və dövlət rüsumu müvəqqəti olaraq dondurulsun”.

Azərbaycan İsraildə səfirlik açır - Tarixi addım
Xəbər

Azərbaycan İsraildə səfirlik açır - Tarixi addım

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı deputat Kamal Cəfərov sosial şəbəkə hesabında məlumat yayıb. O qeyd edib ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən “Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Gələn il pensiyalar bu qədər artacaq
Cəmiyyət

Gələn il pensiyalar bu qədər artacaq

Orta aylıq əməkhaqqının cari ilin sonuna 838 manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da gələn ildə pensiyaların orta hesabla 14,5% artırılmasını təmin etməyə imkan yaradacaqdır.

Azərbaycanda helikopter 1 milyon manata özəlləşdirilib
Xəbər

Azərbaycanda helikopter 1 milyon manata özəlləşdirilib

Birləşmiş Ərəb Əmirliklərindən olan investor İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda “Airbus Helicopters EC-135P2” markalı helikopteri ilkin start qiymətinə - 1 milyon manata özəlləşdirib.