
Avro Bölgəsində inflyasiya aşağı düşdü
Eurostat-ın məlumatına görə, Avro Bölgəsində noyabrda illik inflyasiya oktyabrdakı 10,6 faizdən 10 faizə düşüb. Bu, 2020-ci ildən bəri ilk yavaşlamadır. Bloomberg-in sorğusuna qatılan iqtisadçıların orta proqnozu 10,4 faiz təşkil edirdi.










