
Pezeşkian ABŞ ilə razılaşma üçün şərti açıqlayıb
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, Tehran Vaşinqtonun beynəlxalq hüquqa riayət etməsi və İranın “qırmızı xətlərini” nəzərə alması şərti ilə ABŞ ilə ədalətli razılaşmaya gələ bilər. Onun sözlərinə görə, İslam Respublikası regionda sülhü və uzunmüddətli sabitliyi təmin edəcək balanslaşdırılmış və ədalətli sazişin bağlanmasına hazırdır.










