PRESS REVIEW — PRA.AZ

Xəbərlər

3011 xəbər tapıldı

Gələn il neftin qiyməti 100 dollara yaxın olacaq - PROQNOZ
Xəbər

Gələn il neftin qiyməti 100 dollara yaxın olacaq - PROQNOZ

Dünyanın ən böyük investisiya banklarından biri – “Bank of America”nın analitiklərinin fikrincə, qarşıdan gələn 2023-cü il əmtəə bazarları üçün gərgin keçəcək. “APA-Economics”in verdiyi xəbərə görə, bu barədə xarici mətbuat “Bank of America”nın ekspertlərinin proqnozuna istinadən məlumat yayıb.

ABŞ Çini geridə qoya bilər - Yarım əsrdə ilk
Dünya

ABŞ Çini geridə qoya bilər - Yarım əsrdə ilk

Bu il ABŞ iqtisadiyyatı öz artım tempinə görə 1976-cı ildən bəri ilk dəfə Çini keçə bilər. “Qafqazinfo” xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden öz tviter səhifəsində yazıb. “Müstəqil ekspertlər proqnozlaşdırırlar ki, ABŞ iqtisadiyyatı bu il hətta Çin iqtisadiyyatından da sürətli böyüyə bilər. Bu hal, 1976-cı ildən bəri baş verməyib”, - deyə Bayden yazıb.

Dünyanın ən güclü pasportları açıqlandı
Xəbər

Dünyanın ən güclü pasportları açıqlandı

Dünyanın ən güclü pasportlarına məxsus ölkələrin adı açıqlanıb. "Unikal" xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qlobal vətəndaşlıq şirkəti "Arton Capital" tərəfindən yeni Pasport İndeksinin başındadır. BƏƏ vətəndaşları 180 ölkəyə vizasız səyahət edə bilərlər. İlk onluqda Almaniya, İsveç, Finlandiya, Lüksemburq, İspaniya, Fransa, İtaliya, Hollandiya və Avstriya diqqət çəkib.

Böyük Qayıdışa 19,2 milyard manat ayrılacaq
Xəbər

Böyük Qayıdışa 19,2 milyard manat ayrılacaq

“İlkin hesablamalara görə, inkişaf strategiyasının icrası məqsədilə ümumilikdə büdcədən 32,7 milyard manat vəsait tələb olunur. Bunun da 19,2 milyard manat və ya 58,7 faizi işğaldan azad olunan ərazilərə Böyük Qayıdışı təmin edilməsinə yönəldiləcək”. Bunu Milli Məclisdə çıxışı zamanı Azərbaycanın Baş Naziri Əli Əsədov bildirib.

Səhiyyə Nazirliyi qriplə bağlı xəbərdarlıq edib
Xəbər

Səhiyyə Nazirliyi qriplə bağlı xəbərdarlıq edib

“Qrip ağır infeksion xəstəlikdir və onun ağırlığı, təhlükəliliyi fəsadları ilə özünü büruzə verir. Sətəlcəm, bronxit, sinuzit, otit mediası və digər xəstəliklər kimi ciddi fəsadlara səbəb ola biləcək ağır intoksikasiya ilə müşayiət olunur, mövcud xroniki patologiyanın kəskinləşməsinə səbəb olur”.