PRESS REVIEW — PRA.AZ

Xəbərlər

3011 xəbər tapıldı

Artımlar kimlərə şamil olunub? - İzahlı infoqrafika
Cəmiyyət

Artımlar kimlərə şamil olunub? - İzahlı infoqrafika

Məlum olduğu kimi bu gün Prezident İlham Əliyev bir sıra şəxslərə verilən sosial ödənişləri, eyni zamanda əməkhaqlarını artırıb. “Qafqazinfo” xəbər verir ki, artımlar ümumilikdə 660 min nəfərə şamil olunub. Hesablamalara görə, ümumilikdə 1,9 milyon vətəndaşı əhatə edəcək fərman və sərəncamların icrası üçün illik əlavə 750 milyon manat vəsait xərclənəcək.

Azərbaycanda tikinti materialları ucuzlaşıb - səbəb nədir?
Xəbər

Azərbaycanda tikinti materialları ucuzlaşıb - səbəb nədir?

Azərbaycanda ötən il tikinti materiallarının qiymətləri Rusiya-Ukrayna müharibəsi fonunda sürətlə artsa da, son 2 ayda sabitləşib. "Report" bunun səbəblərini öyrənməyə çalışıb. Əmlak bazarı üzrə ekspert Ramil Qasımzadə deyir ki, müharibə başlayanda tədarüklə bağlı yaranmış çətinliklər artıq aradan qalxmaq üzrədir, yəni Rusiyadan Azərbaycana kifayət qədər tikinti materialı gəlir.

Pensiyaların ödənişinə başlandı
Xəbər

Pensiyaların ödənişinə başlandı

Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə yanvar ayının pensiyalarının ödənişinə başlanıb. Ötən il pensiyaçılara verilən maddi yardımlar bu ilin əvvəlindən onların pensiyalarına daxil edilərək pensiyaları həmin artımla verilir

Azərbaycan neftinin qiyməti 87 dolları keçib
Xəbər

Azərbaycan neftinin qiyməti 87 dolları keçib

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,69 ABŞ dolları, yaxud 3,17 % artaraq 87,52 ABŞ dolları təşkil edib. Hərraclarda “Brent” markalı neftin mart fyuçersləri 87,62 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından götürülüb.

Rusiyada koronavirusun yeni ştamı aşkarlanıb
Dünya

Rusiyada koronavirusun yeni ştamı aşkarlanıb

Rusiyada koronavirusun yeni ştamı aşkarlanıb. “Report” “Vodemosti”yə istinadən xəbər verir ki, “Kraken” adlı ştam “omikron”un subvariantıdır. Ölkədə bu ştama ilk yoluxma halı qeydə alınıb. Məlumata görə, COVID-19-un bu ştamı dünyada ilk dəfə Rusiyada aşkarlanıb.

Mənzillərin ümumi sahəsi necə hesablanmalı, aldanan vətəndaş nə etməlidir?
Xəbər

Mənzillərin ümumi sahəsi necə hesablanmalı, aldanan vətəndaş nə etməlidir?

Mənzil Tikinti Kooperativlərindən müqavilə ilə mənzil alan vətəndaşlar sonradan əmlak çıxarışı alarkən əksər hallarda problemlə üzləşir. Belə ki çıxarışda mənzilin sahəsi müqavilədə göstərilən rəqəmlə üst-üstə düşmür, sahə daha az hesablanır. Bəs mənzillərin ümumi sahəsi necə hesablanmalıdır?

Azərbaycanda avronun qiyməti qalxacaq?
Xəbər

Azərbaycanda avronun qiyməti qalxacaq?

2022-ci ildə kəskin dəyər itirərək sentyabr ayında 0,96 ABŞ dollarına qədər ucuzlaşmış avro tədricən yenidən bahalaşaraq 1,07 ABŞ dollarına bərabər olub. Bəs avro hansı həddə qədər dəyər qazanacaq? Azərbaycanda onun məzənnəsi yenidən 2 manatı (1,18 ABŞ dollarını) keçə bilərmi?

Bankların verdiyi kreditin faizi artacaq?
Iqtisadiyyat

Bankların verdiyi kreditin faizi artacaq?

“Sağlam məntiqə görə, banklar üçün pul nə qədər çox bahalaşırsa, bankların verdiyi kreditlər üzrə faizlər də bir o qədər artır. Amma mən güman etmirəm ki, bu bizdə böyük dərəcədə faiz artımına gətirər. Çünki onsuz da kredit faizləri kifayət qədər yüksəkdir”.

ÜST yenidən maska taxmağa çağırdı
Xəbər

ÜST yenidən maska taxmağa çağırdı

Koronavirusun “Omikron” variantının bir çox ölkələrdə, xüsusən də ABŞ-də yenidən artmasından sonra Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün ölkələrə, hava yolu ilə səyahət edən sərnişinlərə maska ​​taxmağı tövsiyə edib.