PRESS REVIEW — PRA.AZ

Xəbərlər

3012 xəbər tapıldı

THY zəlzələ bölgəsinə geri dönüş uçuşlarını pulsuz etdi
Xəbər

THY zəlzələ bölgəsinə geri dönüş uçuşlarını pulsuz etdi

Türk Hava Yolları fevralın 13-dək zəlzələ bölgəsindəki 9 şəhərdən birbaşa uçuşların pulsuz olacağını açıqlayıb. Bu barədə THY-nin mətbuat müşaviri Yahya Üstün açıqlama verib. Bildirilib ki, Adana, Diyarbəkir, Şanlıurfa, Elazığ, Kahramanmaraş, Malatya, Adıyaman, Qaziantep və Kayseridən birtərəfli uçuşlar fevralın 13-dək pulsuzdur.

Mehriban Əliyevadan Türkiyəyə yardımla bağlı göstəriş
Xəbər

Mehriban Əliyevadan Türkiyəyə yardımla bağlı göstəriş

Fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədi ilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilir.

Müşfiq Hətəmov “Space”dən getdi - Yeni rəhbər o oldu
Xəbər

Müşfiq Hətəmov “Space”dən getdi - Yeni rəhbər o oldu

"Space" TV-də rəhbər dəyişikliyi olub. Məlumata görə, televiziyanın baş direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov başqa işə keçməsi ilə əlaqədar telekanaldan ayrılıb. Onu "Parni iz Baku” KVN komandasının keçmiş üzvü Vado Korovin əvəz edib. Qeyd edək ki, M. Hətəmov bu vəzifəyə 2021-ci ilin may ayında təyin olunmuşdu.

Zəlzələ ilə bağlı göndərilən yardımdan niyə ƏDV tutulur? - Açıqlama
Iqtisadiyyat

Zəlzələ ilə bağlı göndərilən yardımdan niyə ƏDV tutulur? - Açıqlama

Məlum olduğu kimi, Türkiyədə ötən gün baş verən dəhşətli zəlzələ nəticəsində dağıntılardan əziyyət çəkən insanlara yardım kampaniyası başladılıb. Xilasetmə əməliyyatlarının aparıldığı ərazilərdə kömək etmək üçün Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin hesab nömrələrinə ödənişlər olunur.

Türkiyədə 7 günlük ümummilli matəm elan edilib
Dünya

Türkiyədə 7 günlük ümummilli matəm elan edilib

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviter hesabında yazıb. "2023-cü il fevralın 6-da ölkəmizdə baş vermiş zəlzələlərlə əlaqədar 7 günlük ümummilli matəm elan edilib. Bayrağımız 12 fevral 2023-cü il bazar günü, bütün ölkəmizdə və xarici nümayəndəliklərdə gün batana qədər yarıya qədər endiriləcək", - Türkiyə Prezidenti qeyd edib.

Dağıntılar altında 4 azərbaycanlı tələbə qalıb
Xəbər

Dağıntılar altında 4 azərbaycanlı tələbə qalıb

Malatyada bir binanın dağılması nəticəsində 4 tələbəmiz dağıntılar altında qalıb. “Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib. ARB24-də danışan diplomat bildirib ki, günortaya yaxın həmin tələbələrin dağıntılar altından çıxarılması üçün qazıntı işləri aparılırdı. Lakin yandakı iki binanın uçması nəticəsində xilasetmə işləri dayandırılıb.

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı daha da artıb
Dünya

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı daha da artıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, episentri Kahramanmaraş Pazarcıkda olan və 10 vilayətdə hiss edilən 7,7 bal gücündə zəlzələ ilə bağlı AFAD-ın qərargahında açıqlama verib. Marja xəbər verir ki, Prezident Ərdoğan, "İndiyə qədər 912 vətəndaşımız həyatını itirib. 2 min 470 nəfər xilas edilib. Dağıldığı müəyyən edilən binaların sayı isə 2 min 818-dir" deyib.

Azərbaycanda qəzet və saytlara verilən maddi yardımlar vergilərdən azad edilir
Xəbər

Azərbaycanda qəzet və saytlara verilən maddi yardımlar vergilərdən azad edilir

Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur. Layihənin qeyd hissəsində əsaslandırılıb ki, “Media haqqında” qanunun 4-cü maddəsində medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətini stimullaşdırması nəzərdə tutulur. Həmin qanuna uyğun olaraq Vergi Məcəlləsinə dəyişikliklər edilməsi təklif olunur.