PRESS REVIEW — PRA.AZ

Xəbərlər

3012 xəbər tapıldı

Azərbaycanda qiymət artımının tempi maaşın artımını üstələyir
Iqtisadiyyat

Azərbaycanda qiymət artımının tempi maaşın artımını üstələyir

Azərbaycanda ərzaq qiymətlərinin artıması tempi maaşların artıması tempini üstələyir. Ötən il maaşlar təxminən 15%, ərzaq qiymətləri isə təxminən 20% artıb. Marja.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ildə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqısı 2021-ci ilə nisbətən 14,7 faiz artaraq 839,4 manata çatıb.

Sahibkarlığın İnkişafı Fondunun xətti ilə sahibkarlara 2.8 mlrd. manat güzəştli kredit verilib
Iqtisadiyyat

Sahibkarlığın İnkişafı Fondunun xətti ilə sahibkarlara 2.8 mlrd. manat güzəştli kredit verilib

1992-2023-cü illərdə Azərbaycanda Sahibkarlığın İnkişafı Fondunun (SİF) xətti ilə sahibkarlara 2.8 milyard manat ümumi məbləğdə güzəştli kredit verilib. “Həmçinin, indiyədək fondun xətti ilə 42.8 min sahibkara güzəştli kreditlər verilib”, – Fonddan bildiriblər. Maliyyələşdirilmiş layihələrin ümumi dəyəri 6.7 milyard manat həcmində qiymətləndirilir.

“WhatsApp”da xəbər lenti funksiyası olacaq
Xəbər

“WhatsApp”da xəbər lenti funksiyası olacaq

“WhatsApp” fərdi xəbərlər göndərmək funksiyası üzərində işləyir. Tətbiqin 2.23.5.3 beta versiyasında bu funksiya “Newsletter” adlanır. Yeniliyin xəbər lenti şəklində olacağı güman edilir.

Azərbaycan Türkiyəyə nə qədər maddi yardım edib? - Məbləğ açıqlandı
Xəbər

Azərbaycan Türkiyəyə nə qədər maddi yardım edib? - Məbləğ açıqlandı

Baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Azərbaycanın 21 fevral tarixinədək Türkiyəyə göndərdiyi humanitar yardımların sayı açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in tviter hesabında məlumat verilib. XİN-in məlumatına görə, qardaş ölkəyə zəruri ləvazimatlarla yanaşı, 24 900 000 manat maddi yardım da edilib.

Pensiyaların yenidən hesablanması qaydası dəyişdi
Xəbər

Pensiyaların yenidən hesablanması qaydası dəyişdi

Əmək pensiyalarının yenidən hesablanması qaydası dəyişib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliklə əmək pensiyalarının yenidən hesablandığı halların siyahısı genişləndirilib.

Azərbaycanda 12 min iş yeri bağlanıb – RƏSMİ MƏLUMAT
Cəmiyyət

Azərbaycanda 12 min iş yeri bağlanıb – RƏSMİ MƏLUMAT

İl ərzində 11 900 iş yeri ləğv edilib. Komitə bildirir ki, iş yerlərinin bağlanması həm müəssisə və təşkilatların ləğv edilməsi, həm də aparılan ixtisarlara bağlıdır. Bu dövrdə bağlanan iş yerlərinin 39,3 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Başqa sözlə, dövlət sektorunda 4680 iş yeri ixtisar edilib.

2022-ci ildə Azərbaycanda maaşın daha yüksək olduğu işlər
Iqtisadiyyat

2022-ci ildə Azərbaycanda maaşın daha yüksək olduğu işlər

2022-ci ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilə nisbətən 14,7 faiz artaraq 839,4 manat təşkil etmişdir. Marja.az Dövlət Statistika komitəsinə istinadən xəbər verir ki, əməkhaqqı neft-qaz sektorunda 3415,3 manat, qeyri neft-qaz sektorunda 790,2 manat təşkil etmişdir.

REKORD göstərici: ötən il şirkətlər dövlətə 8.5 mlrd. manatdan çox mənfəət vergisi ödəyib
Iqtisadiyyat

REKORD göstərici: ötən il şirkətlər dövlətə 8.5 mlrd. manatdan çox mənfəət vergisi ödəyib

Azərbaycanda fəaliyyətdə olan hüquqi şəxslər 2022-ci ildə dövlət büdcəsinə 8 mlrd. 522.5 mln. mənfəət vergisi ödəyiblər ki, bu da ölkə tarixində ən yüksək rəqəmdir. Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 2022-ci ildə dövlət büdcəsinə öncəki illə müqayisədə 5 milyard 564.1 milyon manat çox, yaxud 2.8 dəfə çox mənfəət vergisi ödəyiblər.