
Tıxacdan boğulan Bakıda metro stansiyaların tikintisi niyə ləngiyir?
Tıxac problemindən xroniki əziyyət çəkən və son bir həftədə sözün əsl mənasında tıxanan Bakı üçün bu məlumat çox aktualdır. Metro stansiyaların tikintisi Bakıda niyə ləngiyir, Bakı ətrafına elektrik qatarları niyə işləmir? Qeyd edək ki, son 30 ildə Bakıda cəmi 7 stansiya istifadəyə verilib ki, onların da təxminən yarısı Sovetlərin dağılma dövründə konservasiya edilmişdi.










