PRESS REVIEW — PRA.AZ

Xəbərlər

3012 xəbər tapıldı

Dünyanın ən zəngin adamı açıqlanıb
Xəbər

Dünyanın ən zəngin adamı açıqlanıb

“Forbes” ən zəngin milyarderlərin illik reytinqini açıqlayıb. Siyahıya LVMH qrupunun (“Christian Dior”, “Louis Vuitton”, “Moet & Chandon” brendləri) sahibi Bernar Arno başçılıq edir. Sahibkarın və ailəsinin sərvəti 211 milyard dollar (əvvəlki ildə 158 milyard) qiymətləndirilir. 2022-ci ildə böhrandan sonra fransız iş adamı siyahıda kapitalı 200 milyard dolları keçən yeganə milyarder olub.

Azərbaycanda dünyanın ən uzun tunellərindən biri - İNŞA OLUNUR
Xəbər

Azərbaycanda dünyanın ən uzun tunellərindən biri - İNŞA OLUNUR

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 40-a yaxın avtomobil yolu inşa olunmaqdadır.bu barədə çərşənbə axşamı "Proyapı" şirkətinin Azərbaycandakı idarəetmə heyətinin sədr müavini Akif Aygen deyib. Onun sözlərinə görə, avtomobil tunellərinin əsas hissəsi Şuşa şəhəri istiqamətində inşa olunan yollarda cəmlənib.

Donald Tramp həbs edildi
Dünya

Donald Tramp həbs edildi

ABŞ-nin sabiq prezidenti Donald Tramp həbs edilib. “Qafqazinfo” xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Həbs ona qarşı ittiham irəli sürülənədək davam edəcək. Yarım saat ərzində Trampın məhkəməni sərbəst tərk edəcəyi gözlənilir. Qeyd edək ki, ABŞ tarixində ilk dəfə keçmiş prezident cinayət məsuliyyətinə cəlb oluna bilər.

AİB: Azərbaycanda inflyasiya azalacaq
Iqtisadiyyat

AİB: Azərbaycanda inflyasiya azalacaq

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda orta illik inflyasiyanı 2023-cü ildə 7% proqnozlaşdırıb. "APA-Economics" Banka istinadən xəbər verir ki, AİB 2024-cü ildə Azərbaycanda inflyasiyanın 6,5%-ə qədər azalacağını proqnozlaşdırıb. "Bununla belə, ölkədə minimum əmək haqqı və pensiyaların artırılması inflyasiyaya təkan verə bilər”, - bank qeyd edib.

İnam Kərimov Ali Məhkəmənin hakimi təyin edilib
Xəbər

İnam Kərimov Ali Məhkəmənin hakimi təyin edilib

İnam Kərimov Ali Məhkəmənin hakimi təyin edilib. Milli Məclisdə onun Azərbaycan Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələ müzakirə edilib. “Report” xəbər verir ki, İnam Kərimovun özünün də iştirak etdiyi iclasda məsələ barədə parlament sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

İranda aksiyalar davam edir, müxtəlif şəhərlərdə Azərbaycan bayrağı qaldırılıb
Dünya

İranda aksiyalar davam edir, müxtəlif şəhərlərdə Azərbaycan bayrağı qaldırılıb

Tehran rejiminin sərt cəza tədbirlərinə, qanunsuzluqlarına, hüquq-mühafizə orqanlarının zorakılıqlarına baxmayaraq, İranda etiraz aksiyaları davam edir. “Report” xəbər verir ki, yürüş və mitinqlər əsasən Təbriz, Qərbi və Şərqi Azərbaycan, Kürdüstan, Ərdəbil, Mazandaran, Xuzistan və bir sıra əyalətlərdə keçirilir.

Fazil Mustafaya qarşı terrorda şübhəli bilinənlər onlardır
Xəbər

Fazil Mustafaya qarşı terrorda şübhəli bilinənlər onlardır

Deputat Fazil Mustafaya qarşı törədilmiş silahlı hücumun təşkilatçısı və iştirakçıları məlum olub. ilkin məlumata görə hücumun təşkilatçısı Səricanov Azər Kamran oğludur. O, 1976-cı ildə Salyan rayonunda anadan olub. Şiə məzhəbli dindar şəxsdir, 2010-2019-cu illər aralığında 11 dəfə İrana səfər edib.

Azərbaycanda pensiya amnistiyasının - TƏTBİQİNƏ BAŞLANILIB
Xəbər

Azərbaycanda pensiya amnistiyasının - TƏTBİQİNƏ BAŞLANILIB

2020-ci ildən sonra avtomatlaşdırılmış pensiya təminatı genişləndiyinə görə səhv hesablamalar çox azdır. Pensiyaçıların 85-90 faizi artıq ödəmələrin geri qaytarılmasından azad olunacaq və onlara amnistiya tətbiq olunacaq. Ancaq bu amnistiyanın nə qədər pensiyaçını əhatə edəcəyi proses zaman məlum olacaq