PRESS REVIEW — PRA.AZ

Xəbərlər

3012 xəbər tapıldı

Əhalinin banklara borcu 9 milyard manatı keçib - BU İL 328 MİLYON MANAT ARTIB
Iqtisadiyyat

Əhalinin banklara borcu 9 milyard manatı keçib - BU İL 328 MİLYON MANAT ARTIB

Bankların cəmi kredit portfeli 20 milyard manat səviyyəsini keçib. Azərbaycandakı bankların cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2023-cü ilin yanvar ayında 75 milyon 236 min manat, fevral ayında 87 milyon 838 min manat artdıqdan sonra mart ayında 281 milyon 167 min manat artıb.

Yeni sərhəd-buraxılış məntəqəsində bayrağımız ucaldıldı - FOTOLAR
Xəbər

Yeni sərhəd-buraxılış məntəqəsində bayrağımız ucaldıldı - FOTOLAR

Ötən gün Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsində bayrağımız ucaldırlıb. Artıq sözügedən ərazidə Azərbaycan bayrağı dalğalanır.

“Gedirəm” deyən Qərb şirkətləri Rusiyadan niyə getmir - təhlil
Dünya

“Gedirəm” deyən Qərb şirkətləri Rusiyadan niyə getmir - təhlil

Rusiyanın Ukraynaya hücumundan sonra burada çalışan xarici mənşəli şirkətlərin böyük əksəriyyəti ölkəni tərk edəcəyini açıqladı. Rusiyanın işğalçı müharibəni başlatmasından 14 aya yaxın vaxt keçib və artıq məlum olur ki, bu ölkədəki biznesini dayandıracağını elan edən Qərb şirkətlərinin böyük bir hissəsi hələ də fəaliyyətini davam etdirir.

Bu ilin 3 ayında Azərbaycana ən çox Rusiya vətəndaşları gəlib
Xəbər

Bu ilin 3 ayında Azərbaycana ən çox Rusiya vətəndaşları gəlib

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2023-cü ilin yanvar-mart aylarında Azərbaycan Respublikasına dünyanın 157 ölkəsindən 368,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 49,8 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bakıda bütün - KÖHNƏ BİNALAR SÖKÜLƏCƏK
Xəbər

Bakıda bütün - KÖHNƏ BİNALAR SÖKÜLƏCƏK

Bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli bu gün keçirilən mətbuat konfransında deyib.

Sabah bu ilin ilk Günəş tutulması olacaq
Xəbər

Sabah bu ilin ilk Günəş tutulması olacaq

Aprel ayının 20-də 2023-cü ilin ilk tutulma hadisəsi - Günəş tutulması olacaq. N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından “Qafqazinfo”ya bildirilib ki, tutulma hadisəsi yerli vaxtla saat 05:34-də başlayacaq və saat 10:59-da sona çatacaq. Ümumilikdə 5 saat 25 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 08:16-da olacaq.

Ermənistanla İran arasında ticarət dövriyyəsi 40%-dən çox artıb
Xəbər

Ermənistanla İran arasında ticarət dövriyyəsi 40%-dən çox artıb

Ötən il Ermənistan və İran arasında ticarət dövriyyəsi təxminən 711 mln. ABŞ dolları təkil edib, bu da illik müqayisədə 42%-ə yaxın çoxdur. Ermənistan mətbuatının verdiyi xəbərə görə, bu barədə “2022-ci ildə Ermənistan hökumətinin proqramının (2021-2026-cı illəri əhatə edir – red.) icrasının gedişatı və nəticələri haqqında” hesabatda deyilir.

Bu ayın sosial yardımları bayram ərəfəsində tam ödəniləcək
Xəbər

Bu ayın sosial yardımları bayram ərəfəsində tam ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Ramazan bayramı ilə əlaqədar aprel ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının qrafikdən əvvəl olmaqla bayram ərəfəsində ödənilməsi nəzərdə tutulur. Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, həmin ödənişlərin aprelin 20-də həyata keçirilməsi planlaşdırılır.

Hacı Əliyev 4-cü dəfə Avropa çempionu oldu
İdman

Hacı Əliyev 4-cü dəfə Avropa çempionu oldu

Azərbaycan güləşçisi Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb. “Qafqazinfo” xəbər verir ki, titullu idmançı həlledici qarşılaşmada bolqarıstan idmançısı Ramazan Ramazanovla üz-üzə gəlib. Hacı Əliyev bu qarşılaşmadan qalib ayrılıb. O, 4-cü dəfə qitənin ən güclüsü adına layiq görülüb.