PRESS REVIEW — PRA.AZ

Xəbərlər

3012 xəbər tapıldı

Nazir müavini: Vahid taksi xidmətinin yaradılması nəzərdə tutulmur
Cəmiyyət

Nazir müavini: Vahid taksi xidmətinin yaradılması nəzərdə tutulmur

Bu gün yığılmış problemlər və onların həlli üçün atılan addımlar var. APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

18 məktəb direktoru vəzifəsindən azad edildi
Xəbər

18 məktəb direktoru vəzifəsindən azad edildi

2022-2023-cü tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrinə yeni direktor təyinatları həyata keçirilib, bəzi direktorların əmək müqaviləsinə xitam verilib, həmçinin bir sıra məktəb direktorlarının iş yerləri dəyişdirilib.

Dünya bu qərarı gözləyir - BU GÜN AXŞAM AÇIQLANACAQ
Dünya

Dünya bu qərarı gözləyir - BU GÜN AXŞAM AÇIQLANACAQ

Bu gün ABŞ Mərkəzi Bankı (FED) faiz qərarını açıqlayacaq. Marja.az xəbər verir ki, qərar Bakı vaxtı ilə saat 22:00-da bəyan ediləcək. Saat 22:30-da isə FED sədrinin mətbuat konfransı başlayacaq.

Azərbaycanda 5 ayda mobil rabitəyə 450 milyon manatdan çox vəsait xərclənib
Xəbər

Azərbaycanda 5 ayda mobil rabitəyə 450 milyon manatdan çox vəsait xərclənib

İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2023-cü ilin yanvar-may aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 13,5% artaraq 1168,7 milyon manat təşkil edib. “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu xidmətlərin 76,7%-i əhali tərəfindən istehlak olunub.

14 ölkədən gələn səyahətçilərin Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb
Xəbər

14 ölkədən gələn səyahətçilərin Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb

14 ölkədən gələn səyahətçilərin Qarabağa və Şərqi Zəngəzura səfərinə ilk olaraq Ağdamdan start verilib. APA-nın Qarabağ bürosunun xəbər verir ki, Ağdama səfər zamanı qonaqlara minalı sahələr barədə məlumat verilib. Nümayəndə heyətinə Most Traveled People təşkilatının rəhbəri, dünyanın səyyah elitasında böyük nüfuza sahib ABŞ vətəndaşı Charles Veley başçılıq edir.

Türkiyə Şuşada Baş Konsulluq AÇACAQ
Xəbər

Türkiyə Şuşada Baş Konsulluq AÇACAQ

"Biz istənilən vaxt Şuşada Baş Konsulluğumuzu açmağa hazırıq. Şuşadakı Baş Konsulluğumuz açılsa, bu, bütün dünyaya, xüsusən də Ermənistana fərqli mesaj olar". "Unikal" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan lideri İlham Əliyevlə birgə mətbuata bəyanatında deyib.