PRESS REVIEW — PRA.AZ

Xəbərlər

3012 xəbər tapıldı

Neft Fondunun AÇG üzrə gəlirləri 27%-dək azalıb
Iqtisadiyyat

Neft Fondunun AÇG üzrə gəlirləri 27%-dək azalıb

Bu ilin yanvar-iyul aylarında (01.01.2023-01.08.2023 tarixinə) Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 4 158 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 26,8% azdır. ARDNF-dən "APA-Economics"ə verilən məlumata görə, 2022-ci ilin eyni dövründə sözügedən göstərici 5 683 mln. ABŞ dolları. səviyyəsində olub.

Pensiyalar bu tarixdə veriləcək
Cəmiyyət

Pensiyalar bu tarixdə veriləcək

Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib. Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

“Xərclənən pulların hara getdiyini hamı bilir” - Qurban Qurbanov
İdman

“Xərclənən pulların hara getdiyini hamı bilir” - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun sponsorunun transferə pul xərcləməməsi iddiası ilə bağlı suala cavab verib. “Qafqazinfo” xəbər verir ki, təcrübəli mütəxəssis “Çempionlar Liqasının qrupuna düşən ildə kluba 50 milyona yaxın vəsait daxil olmuşdu. Cənab prezident də kluba pul ayırmışdı. “Qarabağ”ın sponsoru olan təşkilat bəlkə gəlir güdməklə məşğuldur?” sualına belə cavab verib:

Pensiyalar bu qaydada hesablanacaq - Qərar
Xəbər

Pensiyalar bu qaydada hesablanacaq - Qərar

“Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilib.

Türkiyə şirkətləri Qarabağa investisiyalarını artıra bilər
Xəbər

Türkiyə şirkətləri Qarabağa investisiyalarını artıra bilər

Azərbaycanla Türkiyə arasında işğaldan azad olunmuş ərazilərimizə Türkiyə şirkətlərinin investisiya yatırımının artırılması müzakirə olunub. Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən bildirilib. Belə ki, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə Türkiyə və Azərbaycan nümayəndə heyətləri arasında dəyirmi masa formatında görüş keçirilib.

Bu ilin yekununda Azərbaycanın xarici dövlət borcu 11 milyard manata yaxın olacaq - PROQNOZ
Iqtisadiyyat

Bu ilin yekununda Azərbaycanın xarici dövlət borcu 11 milyard manata yaxın olacaq - PROQNOZ

Gələn il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcunun 6 381 milyon ABŞ dolları (10 847 milyon manat) olacağı proqnozlaşdırılır. “Report” xəbər verir ki, bu barədə nazirliyin açıqladığı “2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə bildirilir.

Daşınmaz əmlak sahəsində tariflər tənzimləndi
Xəbər

Daşınmaz əmlak sahəsində tariflər tənzimləndi

Tarif (qiymət) Şurasının qərarı ilə daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətləri üzrə tariflər və bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib. Yeni tariflərdə bir sıra güzəştlər nəzərdə tutulur.

Avqustda 43° isti gözlənilir - Aylıq proqnoz
Xəbər

Avqustda 43° isti gözlənilir - Aylıq proqnoz

Bu il avqust ayına olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə (Böyük Qafqaz) normadan bir qədər çox olacağı ehtimal olunur.