
ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv etmək niyyətində deyil
Rəsmi Vaşinqton bəzi tədbirlərin yumşaldılmasına baxmayaraq, Moskvaya qarşı sanksiya siyasətindən imtina etmək niyyətində deyil. ABŞ-nin energetika naziri Kris Rayt bunu “CNN News”un efirində bildirib.










