
Türkiyədə müzakirə yaradan yeni qanun layihəsi...
Xəbər verdiyimiz kimi, Türkiyə parlamenti dezinformasiya ilə mübarizə haqqında qanun layihəsini qəbul edib. Ölkənin hakim Ədalət və İnkişaf partiyasının təşəbbüsü ilə irəli sürülən qanun layihəsi çərçivəsində Türkiyə Cəza Məcəlləsinə edilən dəyişikliyə əsasən, sosial şəbəkələrdə yalan xəbərlərin yayılması cinayət hesab olunacaq. Belə ki, qəsdən yalan məlumat yayan şəxslər 1 ildən 3 ilədək azadlıq










