
Süni intellekt sahəsində ən nüfuzlu 100 şəxsin siyahısı açıqlanıb
Süni intellekt sahəsində ən nüfuzlu 100 şəxsin siyahısı təqdim olunub. “Time” siyahıda yer alan şəxsləri dörd kateqoriyaya bölüb.
273 xəbər tapıldı

Süni intellekt sahəsində ən nüfuzlu 100 şəxsin siyahısı təqdim olunub. “Time” siyahıda yer alan şəxsləri dörd kateqoriyaya bölüb.

Rusiya Prezidenti Vladimir Putin ilk dəfə olaraq dövlət başçısı kimi Kuril adalarına səfər edib. “Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, səfər çərçivəsində Putin arxipelaqın ən böyük adası olan İturup adasında olub.

Gürcüstanda dövlət universitetlərində ali təhsil tələbələr üçün ödənişsiz olacaq. Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

“Ermənistan konsessiya müqaviləsini ləğv edəcəyi təqdirdə, “Rusiya Dəmir Yolları” (RJD) Açıq Səhmdar Cəmiyyəti yatırılmış təxminən 400 milyon ABŞ dolları həcmində investisiyanın geri qaytarılmasını tələb edəcək”.

Rusiya Prezidenti Vladimir Putin əmək miqrantlarına qarşı tələbləri sərtləşdirən qanunları imzalayıb. Bundan sonra miqrantlar özlərini və Rusiyada yaşayıb himayələrində olan ailə üzvlərini regional əmsala vurulmuş yaşayış minimumundan aşağı olmayan səviyyədə təmin etməli olacaqlar.

ABŞ Prezidenti Donald Tramp İrana qarşı yenidən başlayan bombardmanı “hərbi toqquşma” adlandırıb və əməliyyatların nə qədər davam edəcəyinə dair konkret vaxt açıqlamaqdan imtina edib.

Reuters/Ipsos tərəfindən keçirilən yeni ictimai rəy sorğusunun nəticələrinə görə, Donald Trampın fəaliyyətinin bəyənilmə reytinqi ABŞ prezidenti kimi ikinci müddətinin başlanmasından bəri ən aşağı səviyyəyə enərək 34% təşkil edib. Onun fəaliyyətini bəyənməyənlərin payı isə 64%-ə çatıb. Sorğu iyunun 18–22-də keçirilib və 1 262 yetkin amerikalı iştirak edib.

Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il sentyabrın 20-nə təyin edilməsi haqqında fərman imzalayıb. “Qafqazinfo” xəbər verir ki, sənəd hüquqi aktların rəsmi portalında dərc edilib. Fərman rəsmi dərc edildiyi gündən qüvvəyə minir.

ABŞ Prezidenti Donald Trampın ailəsi onun ikinci prezidentlik müddətinin başlanmasından bəri kriptovalyuta ilə bağlı layihələrdən azı 2,3 milyard dollar gəlir əldə edib. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“Reuters” və “Ipsos” sorğusuna görə, ABŞ prezidenti Donald Trampın amerikalılar arasında etimad reytinqi 35%-ə düşərək yeni minimum səviyyəyə çatıb. Sorğuya görə, respondentlərin 35%-i Trampın prezident kimi fəaliyyətini bəyənir. Bu, bu ayın əvvəlində keçirilən oxşar sorğu ilə müqayisədə bir faiz bəndi azalma deməkdir.

Pentaqonun maliyyə direktoru Culs Herstin məlumatına görə, ABŞ-nin İranla müharibəyə ümumi xərcləri 29 milyard dollara yaxınlaşıb. “Qafqazinfo” xəbər verir ki, bu haqda “The Guardian” məlumat yayıb. Herstin sözlərinə görə, Yaxın Şərqdəki münaqişənin ilk iki ayı ABŞ büdcəsinə 25 milyard dollara başa gəlib. O vaxtdan bəri Vaşinqtonun xərcləri təxminən 4 milyard dollar artıb.

İran rəhbərliyi ABŞ ilə sülh danışıqlarının bərpası üçün beş əsas şərtini açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.