
2022-ci ilin ən yaxşı filmləri müəyyənləşdi
Hollivud mükafatları mövsümü davam edir. Keçən həftə “Qızıl Qlobus”un qalibləri elan olundu və bu gün Şimali Amerikanın ən böyük tənqidçi təşkilatı olan “Critics Choice” Assosiasiyası (CCA) öz mükafatlarını təqdim etdi. Oxu.Az-ın məlumatına görə, “Tənqidçilərin Seçimi” Mükafatlarının təqdimetmə mərasimi 28-ci dəfədir keçirilir.










