
İsrail ilk dəfə neft ixracatçısı oldu
Bazar ertəsi ixrac üçün nəzərdə tutulan xam neftin ilk partiyası İsrailin Kariş yatağından yüklənib.
273 xəbər tapıldı

Bazar ertəsi ixrac üçün nəzərdə tutulan xam neftin ilk partiyası İsrailin Kariş yatağından yüklənib.

Dünya Bankı "əsrin f'əlakəti” sayılan Türkiyədə baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması üçün bu ölkəyə dəstək olacağını açıqlayıb. , Dünya Bankı Türkiyə üçün 1 milyard 780 milyon dollarlıq yardım ayıracağını bəyan edib. Artıq fəlakətin vurduğu ziyanın aradan qaldırılması üçün təxmini dəyərləndirilmə işlərinə də başlanılıb.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviter hesabında yazıb. "2023-cü il fevralın 6-da ölkəmizdə baş vermiş zəlzələlərlə əlaqədar 7 günlük ümummilli matəm elan edilib. Bayrağımız 12 fevral 2023-cü il bazar günü, bütün ölkəmizdə və xarici nümayəndəliklərdə gün batana qədər yarıya qədər endiriləcək", - Türkiyə Prezidenti qeyd edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, episentri Kahramanmaraş Pazarcıkda olan və 10 vilayətdə hiss edilən 7,7 bal gücündə zəlzələ ilə bağlı AFAD-ın qərargahında açıqlama verib. Marja xəbər verir ki, Prezident Ərdoğan, "İndiyə qədər 912 vətəndaşımız həyatını itirib. 2 min 470 nəfər xilas edilib. Dağıldığı müəyyən edilən binaların sayı isə 2 min 818-dir" deyib.

Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı artır. APA xəbər verir ki, Türkiyənin vitse-prezidenti Fuad Oktay yeraltı təkanlar nəticəsində ölənlərin sayının 284-ə çatdığını açıqlayıb.O, 2323 nəfərin yaralandığını, 1710 binanın dağıldığını deyib.

Azərbaycan özünə məxsus olan torpaqları geri qaytarıb.

Fransanın İstanbuldakı Baş Konsulluğu bu şəhərdəki fəaliyyətini müvəqqəti dayandırıb.

Ağır iqtisadi durumda olan Livan yerli valyutasını devalvasiya edib. FED.az xəbər verir ki, devalvasiya - Livan hökuməti və Beynəlxalq Valyuta Fondu arasında ölkəyə 3 milyard dollar maliyyə yardımı göstərilməsi haqqında sazişin tərkib hissəsi olub. Yəni ölkəyə pul o şərtlə ayrılıb ki, yerli valyuta devalvasiya edilsin.

2022-ci ildə Rusiya İran iqtisadiyyatına sərmayə qoyuluşu baxımından lider ölkələrdən biri olub, bu barədə İranın İnvestisiya, İqtisadiyyat və Texniki Yardım Təşkilatının rəhbəri Əli Fekri bildirib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, avqustda keçiriləcək Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarət BRİKS ölkələri qrupunun sammitində ümumi valyuta məsələsi müzakirə olunacaq.

Dünya Bankının rəhbəri Malpass 2023-2024-cü illərdə dünya iqtisadiyyatının aşağı artım templərini proqnozlaşdırıb.

Braziliya və Argentina bazar günündən etibarən Braziliya Prezidenti Lula da Silvanın Buenos-Ayresə səfəri zamanı vahid valyutaya hazırlıq işlərinə başlandığını elan etməyi planlaşdırırlar.